MEDİA: “EekadFacts” internet resursunda ölkəmiz barədə məlumat yalandır - FOTO

Hazırda oxunan: MEDİA: “EekadFacts” internet resursunda ölkəmiz barədə məlumat yalandır - FOTO

215356

“EekadFacts” adlı internet resursuna aid sosial şəbəkə hesablarında guya Azərbaycandan hava yolu ilə digər ölkəyə silah daşınması barədə həqiqətə uyğun olmayan saxta məlumat yayılıb”.

Bizim.Media xəbər verir ki, bu barədə Medianın İnkişafı Agentliyi məlumat yayıb.

Bildirilib ki, bu, ölkəmizə qarşı qlobal dezinformasiya kampaniyasının növbəti nümunəsi olmaqla, heç bir reallığı əks etdirməyən təxəyyül məhsulu olan əsassız məlumatdır:
 

“Qeyd olunan spekulyativ məlumatların istehsalı və yayılmasını nüfuzlu qlobal tədbirlərə ev sahibliyi edən Azərbaycan Respublikasının beynəlxalq imicinə zərər vurmağa, ölkəmiz barədə ictimai fikri çaşdırmağa yönəlmiş daha bir uğursuz manipuliyasiya cəhdi kimi qiymətləndiririk.


Vətəndaşlarımızı, beynəlxalq ictimaiyyəti bu tip aldadıcı məlumatların təsirinə düşməməyə və yalnız rəsmi mənbələrdən əldə olunan informasiyaya istinad etməyə çağırırıq”.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin