Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Əməkdar artist Ədalət Şükürovun Bakı yolları ilə bağlı açıqlamasına münasibət bildirib.
Bizim.Media xəbər verir ki, Qurumdan Baku.ws-ə bildirilib ki, Əməkdar artist Ədalət Şükürovun fikirlərinə hörmətlə yanaşırlar və onun təkliflərini dinləməyə hazırdırlar.
MÖVZU İLƏ BAĞLI:
Ədalət Şükürov AYNA-dan ŞİKAYƏTLƏNDİ: “Bacarmırlarsa, çağırsınlar, başa salım” - VİDEO
"Necə ki, bu gün AYNA tərəfindən Akademik Zərifə Əliyeva küçəsində avtobus zolağının təşkili ilə bağlı keçirilən ictimai dinləmədə müxtəlif təklif və rəyləri dinlədik.
Görüşdə 20-dən çox nəqliyyat ekspertinin, ictimai fəalın, Sosial Tədqiqatlar Mərkəzinin və media nümayəndəsinin maraqlı fikirləri səsləndirildi və nəzərə alındı.
Belə bir kontekstdə dəyərli sənətkarımızla da görüşüb məmnuniyyətlə fikirlərini dinləyə bilərik", - deyə qurumdan bildirilib.
Bizim.Media