Rəşid Mahmudov həyəcan təbili çaldı: “Bu, olduqca təhlükəlidir”

Hazırda oxunan: Rəşid Mahmudov həyəcan təbili çaldı: “Bu, olduqca təhlükəlidir”

215309
Bir neçə gün öncə Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov bildirmişdi ki, qış aylarında Bakıya qarın yağmaması iqlim dəyişmələri, iqlimin istiləşməsi ilə bağlıdır və bundan sonra belə olacaq. Yəni daha Bakıya daha qar yağmayacaq. Bəllidir ki, qar yağmaması və ya az yağması insanların yaşayışı üçün bir sıra problemlərə yol açır. Məsələn, qarın yağması yuxarı dağlarda su ehtiyatının yığılması deməkdir. Çünki istilər düşəndən sonra qar əriyir, çaylarda ilboyu su olur, insanlar ondan istifadə edirlər. Maraqlıdır, qlobal istiləşmə, qar yağmaması bəs insanların sağlamlığı üçün nə kimi təhlükələr törədir.xa0

Moderator.az-ın məsələ ilə bağlı sualını tanınmış həkim, tibb elmləri namizədi Rəşid Mahmudov cavablandırıb.xa0

R.Mahmudov havaların mövsümə uyğun keçməməsinin, qış fəsli olmasına baxmayaraq, temperaturun yüksək olmasının, qarın yağmamasının insan sağlamlığı üçün çox təhlükəli olduğunu bildirib.xa0

O, bildirib ki, qlobal istiləşmə təbii ki, insan sağlamlığına çox mənfi təsirlərini göstərəcək: “Qışda qarın yağmağı çox vacibdir. Çünki qar yağanda torpaqda olan mikroorqanizmlərin hamısı kristal halına düşür. Və onlar, demək olar ki, insanları xəstələndirmir. Qar yağmayanda isə insan orqanizmindəki mikroorqanizmlərin hamısı yaşayır. Ona görə də qarın yağmaması infeksion xəstəliklərin artması, xroniki xəstələrdə ağırlaşmaların olması deməkdir. Nə qədər ki, qar yağmayacaq, bir o qədər də fəsadları çoxalacaq. Diqqətli olmaq lazımdı ki, xəstələrdə fəsadlar artmasın”.xa0

R.Mahmudov bildirib ki, qar yağmaması yaşayış üçün hərtərəfli təhlükəlidir: “Həmçinin qar yağanda sular da donur, əvəzində isə havalar istiləşəndə su çoxalır. Qar yavaş-yavaş əriyir deyə ilboyu su olur. Nəticədə də qar bütün bitki aləminə müsbət təsirini göstərir. İnsanlar da sağlam bitkilərlə, meyvə-tərəvəzlə qidalanırlar. Ona görə də qarın olmaması insan üçün hərtərəfli çox qorxuludur”.xa0

Vasif Əlihüseyn
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin