Getdikcə yadlaşan ADƏTLƏRİMİZ – Onlayn toy dəvətnamələri ənənələrimizə necə təsir edir?

Hazırda oxunan: Getdikcə yadlaşan ADƏTLƏRİMİZ – Onlayn toy dəvətnamələri ənənələrimizə necə təsir edir?

215292

Əvvəllər toy edən cütlüklər qapı-qapı gəzib dəvətnamələr paylayardılar. Yüzlərlə dəvətnamə çap edib, hər birinin üstündə saatlarla qonaqların adını yazırdılar. Amma indi dəvətnamələr də onlayn olub. Cütlüklər onlayn dəvətnamələr hazırlatdıraraq dost-tanışına elə telefonun vatsap tətbiqi ilə göndərməklə kifayətlənirlər.

Bir çox insanlarda narazılıq doğuran bu addımı ənənələrimizə və hörmət anlayışımıza yaraşdırmayanlar da var. Bəzi ailələr toyda iştirak üçün real olaraq onlara təqdim olunan kağız dəfətnamələrə daha çox əhəmiyyət verirlər.

Bəs bu bizim toy adət-ənənələrimizə necə təsir edir?

Sosioloq Lalə Mehralı Bizim.Media-ya bildirib ki, onlayn dəvətnamələr müasir dövrün əlverişli yeniliyidir:
 

MÖVZU İLƏ BAĞLI:

İlahiyyatçıdan toy israfçılığına SƏRT REAKSİYA – “Məclisdən sonra adam 1 gün özünə gələ bilmir”


“Hər şey dijital sistemə keçir. Ona görə də, insanlar dəvətnamə alıb onu qapı-qapı paylayıb bunun üçün əziyyətə qatlaşmaq istəmirlər. Gənclər rəqəmsallaşmış dəvətnamələrə daha maraqlı olurlar. Çünki istədikləri formada dizayn elətdirmə, öz şəkillərini vurdurma, fərqli modelləri əldə etmək kimi imkanları var. Sifarişlə ənənəvi dəvətnaməni hazırlatmaq  baha başa gəlir. Onlayn dəvətnaməni isə 20-30 manat müqabilində rahatlıqla düzəltdirmək olur. Hətta bəzi insanlar özləri düzəldirlər”.

Nuray, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin