Bakıda avtobus sərnişinlərə təhlükə yaratdı - ŞİKAYƏT - VİDEO

Hazırda oxunan: Bakıda avtobus sərnişinlərə təhlükə yaratdı - ŞİKAYƏT - VİDEO

215214

Novxanı qəsəbəsini Xırdalan şəhəri ilə əlaqələndirən 535 nömrəli marşrut avtobus sərnişinlərə qorxulu anlar yaşadıb.

Bizim.Media xəbər verir ki, vətəndaşlar bildiriblər ki, sürücü avtobusa həddindən çox sərnişin götürüb və onu qapısıaçıq şəkildə idarə edib.

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) sorğu ünvanlanıb. Qurumdan oxu.az-a cavab olaraq bildirildi ki, sürücülərin sərnişindaşıma qaydalarına riayət etməsi ilə bağlı onlara göstəriş verilib:

"Novxanı qəsəbəsini Xırdalan şəhəri ilə əlaqələndirən 535 nömrəli marşrut üzrə 15 avtobus 9 dəqiqə hərəkət intervalı ilə fəaliyyət göstərir. Sərnişin tələbatı nəzərə alınaraq bir neçə ay öncə kiçiktutumlu avtobuslar iritutumlu avtobuslarla əvəz edilib.

Səhər və axşam pik saatlarda yollarda yaranan sıxlıq səbəbindən avtobuslar arasında interval çoxalır və sərnişin sıxlığı müşahidə edilir.

Daşıyıcıya sərnişin tələbatı nəzərə alınaraq günün pik saatlarında xəttə əlavə nəqliyyat vasitələrinin buraxılması, eyni zamanda, sürücülərin sərnişindaşıma qaydalarına riayət etməsi ilə bağlı bir daha tapşırıq verilib".


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin