Əhmədin QANDONDURAN İFADƏSİ – “Bacım qızını öldürmək istəyəndə bıçaq qırıldı...”

Hazırda oxunan: Əhmədin QANDONDURAN İFADƏSİ – “Bacım qızını öldürmək istəyəndə bıçaq qırıldı...”

215158

Bakıda beş ailə üzvünü qətlə yetirməkdə ittiham olunan Əhməd Əhmədovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Təqsirləndirilən şəxsin vəkili Bizim.Media-ya bildirib ki, prosesdə Əhməd Əhmədovun ifadəsi elan olunub.
 

MÖVZU İLƏ BAĞLI:

Əhmədin növbəti məhkəmə iclası da QAPALI KEÇİRİLƏCƏK


Əhməd Əhmədov istintaqa verdiyi ifadəsində Xətai rayonu, Gəncə prospektində yerləşən mənzildə tək yaşadığını bildirib.

O, bacısı Elmira Əhmədovanın dəfələrlə ailəsinə problemlər yaratdığı üçün, evdə olan narazılıqlardan ötrü ona ayrı ev aldıqlarını bildirib. Tək yaşadığı üçün atası, anası, bacısı və qardaşı ilə normal münasibəti olmayıb. Əvvəllər müxtəlif restoranlarda ofisiant və barmen kimi işləyib.

İstintaqda hadisə günü ilə bağlı danışan Əhməd Əhmədov qeyd edib ki, səhər saat 10 radələrində atası Mehmanla birlikdə evlərinə gəliblər.

Atası mətbəxdə səhər yeməyi hazırlamağa başlayıb. Həmin vaxt Əhməd Əhmədov atasını öldürmək qərarına gəldiyini deyib:

"Mətbəxdən həmin vaxt bıçağı götürdüm. Atama qəflətən zərbələr vurmağa başladım. Atam həmin vaxt yerə yıxıldı. Həmin vaxt bıçağı və maşının açarını götürüb evdən çıxdım".

Əhməd Əhmədov daha sonra bacısının yaşadığı Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsinə getdiyini deyib:

"Binaya qalxıb, qapını döydüm. Elmira qapını açan kimi bıçaqla ona zərbələr vurdum. Elmira yıxıldı, bu zaman onun qızı Ülviyyə ağlamağa başladı, ona da zərbələr vuran zaman əlindəki bıçaq qırıldı. Mətbəxdən başqa bıçaq götürürək Ülviyyəni də öldürdüm. İki bıçağı da orada qoyaraq oradan çıxaraq ata evimə qayıtdım".

Əhməd Əhmədov deyib ki, avtomobili binanın həyətində saxlayıb və məhlədə olan marketdən siqaret almaq istəyib:

"Əlim qan olduğu üçün siqaret vermədilər. Həmin vaxt anam Pikə və qardaşım Məhəmmədin evə tərəf getdiyini gördüm. Anam məni görən kimi “çıx get bəsdir, ailəmizi çox incidirsən” dedi. Bu sözləri mənə təsir etdi. Həyətdə yerləşən 1001 xırdavat mağazasına girib 20 manata balta aldım və onların arxasınca binaya tərəf getdim. Liftlə qalxdım. Anamgil yuxarı qalxanda balta ilə ona zərbələr vurmağa başladım.

Bu zaman arxadan qonşu qadın anamı niyə vurduğumu soruşanda ona “bas bayıra” deyərək qışqırdım. Anamı öldürəndən sonra qardaşım Məhəmmədi də baltalayaraq qətlə yetirdim. Daha sonra evə girərək baltanı gizlətdim və paltarımı dəyişərək evdən çıxdım. Marketin qabağında polis tərəfindən saxlanıldım".

İstintaqda verilən suallara cavab verən Əhməd Əhmədov qeyd edib ki, atası Mehman, anası Pikə və bacısı Elmiranın onu ailənin övladı kimi saymayıblar, ona diqqət göstərməyiblər:

"Məndən ayrı yaşamaq istədikləri üçün ailə üzvlərimə qarşı böyük nifrət yaranmışdı. Qardaşım Məhəmməd və Elmiranın qızı Ülviyyə də böyüyüb gələcəkdə valideynlərim kimi olacaqları üçün hər birini öldürdüm. Bundan rahatlıq tapdım. Daxilimdəki səs mənə deyirdi ki, ailə üzvlərim ölməlidir".

Selcan Zaurqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin