Avtonəqliyyat vasitələrinin dövlət texniki baxışından keçirilməsi zamanı yanacaq sistemi nasaz olan nəqliyyat vasitələri aşkarlanıb. Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) Müayinə mərkəzində atmosferə zərərli qazlar ixrac edən nəqliyyat vasitələrinə cavabdeh şəxslər barəsində qanunauyğun tədbirlər görülüb.
Bu barədə Bizim.Media-ya idarədən bildirilib.
BDYPİ nəqliyyat vasitələrinin sahiblərini, sürücüləri, eləcə də avtonəqliyyat müəssisələrinin rəhbərliyini istifadələrində olan avtomobillərin yanacaq sistemini saz vəziyyətdə saxlamağa, ixrac qazlarının tərkibinin normalara uyğunlaşdırılmasını təmin etməyə çağırır.
Xatırladırıq ki, ətraf mühitə atılan tullantılarda müəyyən edilmiş normadan artıq çirkləndirici maddələr olan avtomobillərin idarə edilməsinə və onların istismara buraxılmasına yol verən fiziki və hüquqi şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.
Bizim.Media
![](https://a.bizim.media/file/articles/2024/10/07/1728323864_5925771253535323244.jpg)
- A-
- A
- A+
Cəmiyyət
21:45 / 07.10.2024
Texniki baxış zamanı yanacaq sistemlərinin nasazlığı aşkarlandı - DYP-dən XƏBƏRDARLIQ
Hazırda oxunan: Texniki baxış zamanı yanacaq sistemlərinin nasazlığı aşkarlandı - DYP-dən XƏBƏRDARLIQ
Hazırda oxunan: Texniki baxış zamanı yanacaq sistemlərinin nasazlığı aşkarlandı - DYP-dən XƏBƏRDARLIQ
215014
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.