Bakının Nizami rayonunda baş vermiş partlayışla bağlı araşdırma aparılır.
Bu barədə Bizim.Media-ya Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.
MÖVZU İLƏ BAĞLI:
Bakıda PARTLAYIŞ: 6 nəfər xəsarət aldı – YENİLƏNİB
Qeyd edilib ki, oktyabrın 7-də, saat 13 radələrində paytaxtın Nizami rayonu, 8-ci köndələn küçəsində yerləşən sexdə partlayış baş verməsi barədə Nizami rayon prokurorluğuna məlumat daxil olub.
İlkin araşdırma zamanı qeyd olunan ünvanda yerləşən sexin ərazisində, ümumi sahəsi təxminən 40 m² olan qazanxanada yanğınla nəticələnməyən partlayış baş verib.
Faktla bağlı Nizami rayon prokurorluğunda araşdırma aparılır.
Bizim.Media