Sabah Şuşada türk dövlətlərinin səhiyyə nazirləri bir araya GƏLƏCƏK

Hazırda oxunan: Sabah Şuşada türk dövlətlərinin səhiyyə nazirləri bir araya GƏLƏCƏK

214952

Hazırda türk dövlətləri arasında bütün sahələrdə geniş əməkdaşlıq əlaqələri inkişaf edir. Sabah Şuşada türk dövlətlərinin səhiyyə nazirləri arasında görüş keçiriləcək.

Bizim.Media xəbər verir ki, bunu Bakıda keçirilən Türk Dövlətləri Birinci Kardioonkoloji Konqresində Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov deyib.

O, qeyd edib ki, tibbin kardiologiya və onkologiya sahələrini birləşdirən bir çox səbəb var: 

“Onkoloji xəstəliklər, adətən, yaşlı nəslin problemidir. Onkoloqlar onları müalicə etdiyi zaman ürək-damar patologiyası ilə bağlı kardioloqlara müraciət edirlər. Düşünürəm ki, konqresdə yüksək texnologiyaların bu sahədə tətbiqi ilə müalicə və müayinə üsulları və aktual problemlər barədə geniş müzakirələr aparılacaq”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin