150 min manatlıq LAYİHƏ: Qarabağla bağlı məlumatlar “Google\"a inteqrasiya ediləcək

Hazırda oxunan: 150 min manatlıq LAYİHƏ: Qarabağla bağlı məlumatlar “Google\"a inteqrasiya ediləcək

21495

Gənclər və İdman Nazirliyi Qarabağda yerləşən arxeoloji, tarixi, memarlıq, dini abidə, qoruq və Azərbaycan mənşəli coğrafi adlar barədə yazı, foto, video, 3D təsvir məlumatlarının “Google" veb-xəritə tətbiqinə inteqrasiya olunması, Qarabağın maddi və qeyri–maddi mədəni irsinə dair onlayn sərgi kontentlərinin hazırlanması, "Google" İncəsənət və Mədəniyyət onlayn platformasında yerləşdirilməsi və nümayişi ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

Bizim.Media vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderin qalibi "Colorit Yaradıcılıq Emalatxanası" MMC-dir.

Qalib şirkətə 150 min manat ödəniləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin