“Telegram” özünün "YouTube" analoqunu HAZIRLAYIR

Hazırda oxunan: “Telegram” özünün "YouTube" analoqunu HAZIRLAYIR

214734

“Telegram” messenceri özünün “YouTube” analoqunu təqdim etməyə hazırlaşır.

Bizim.Media xəbər verir ki, bu fikir “Telegram” tərtibatçılarının tətbiqdə yeni videopleyer yaratmaq üçün müsabiqə elan etməsindən sonra yaranıb.

Belə ki, yaxın gələcəkdə sözügedən sosial şəbəkə video hostinq xidmətinə çevrilə bilər. Birinci mərhələdə videopleyerin iOS üçün mobil versiyaya əlavə edilməsi planlaşdırılır. Bundan sonra o, Android-ə və messencerin masaüstü versiyasına keçəcək.

Pleyer həm videoları, həm də audionu oxuyacaq.

Qeyd edilib ki, 2025-ci ildə tətbiqə inteqrasiya oluna bilən video pleyer yaratmaq üçün müsabiqənin nəticələri cari ilin noyabr ayında açıqlanacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin