Covid-19 beyin qocalmasını 20 il sürətləndirə bilər - QORXUNC FAKTLAR

Hazırda oxunan: Covid-19 beyin qocalmasını 20 il sürətləndirə bilər - QORXUNC FAKTLAR

214709

Britaniyalı alimlər aşkar ediblər ki, COVID-19 20 illik təbii beyin yaşlanmasına bərabər idrak pozğunluğuna səbəb ola bilər.

Bizim.Media xəbər verir ki, bu barədə “Bild” məlumat yayıb.

Liverpul Universiteti və London Kral Kollecinin tədqiqatçıları müəyyən ediblər ki, xəstəlikdən sağ çıxan bəzi insanlar “beyin dumanı” kimi tanınan ciddi koqnitiv pozğunluq yaşayırlar. Bu koqnitiv geriləmələr iyirmi illik təbii beyin yaşlanmasına bərabərdir.

Tədqiqat xəstələrdə beyin zədələnməsinin və kortikal həcmin azalmasının markerlərini müəyyən edib.

Araşdırmada Covid-19 diaqnozu ilə xəstəxanaya yerləşdirilən 351 xəstə iştirak edib. Xəstəlikdən 12-18 ay sonra onların koqnitiv qabiliyyətləri koronavirusu olmayanlara nisbətən xeyli aşağı olub. Xəstələrin qanında beyin zədələnməsinin markerləri, həmçinin mühüm funksiyalardan məsul olan ön beyin qabığının həcminin azalması müşahidə olunub.

Ən qorxulu məqamlardan biri isə xəstələrin koqnitiv geriləməsinin iyirmi il təbii beyin yaşlanması sürətinə uyğunluğu olub. Üstəlik, bu cür dəyişikliklər həm nevroloji ağırlaşmaları olanlarda, həm də olmayanlarda müşahidə olunub. Bu, Covid-19-un özünün hətta aşkar nevroloji simptomlar olmadan da idrak funksiyasını poza biləcəyini göstərir.

Tədqiqatçılar vurğulayırlar ki, araşdırma xəstəxanada müalicə olunan xəstələrə yönəlib, ona görə də nəticələr avtomatik olaraq koronavirusu olan hər kəsə tətbiq edilə bilməz. Bununla belə, onlar qeyd edirlər ki, bu tədqiqat infeksiyanın beyinə uzunmüddətli təsirləri ilə bağlı ciddi narahatlıq doğurur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin