Azərbaycanın neçə kəndində internet YOXDUR? – Rəsmi AÇIQLAMA

Hazırda oxunan: Azərbaycanın neçə kəndində internet YOXDUR? – Rəsmi AÇIQLAMA

214523

Azərbaycanda avqustun 15-dən internetin minimum qiyməti 18 manatdan 25 manata qaldırılıb. Həmçinin, əvvəl minimum 40 Mbit olan sürət 100 Mbit sürətə yüksəldilib. 

Lakin ölkənin bəzi qəsəbə və kəndlərində hələ də internet xətləri yoxdur. Bu problem koronavirus pandemiyası zamanı dərslərin onlayn keçirilməsi məsələsində də aktuallaşmışdı. İnterneti olmayan kənd məktəblərinin şagirdləri ancaq teledərslərin ümidinə qalmışdı. 
 

MÖVZU İLƏ BAĞLI:

İnternetin sürəti 2,5 dəfə artırılacaq – Bu TARİXDƏN


Bəs hazırda Azərbaycanda neçə kənddə internet yoxdur?

Məsələ ilə bağlı “Aztelecom” MMC-dən Bizim.Media-nın sualına konkret cavab verilməsə də, son 3 il ərzində ucqar kəndlərin internetlə təmin olunmasını bildiriblər:

“Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən 2021-ci ildən etibarən ölkənin ən ucqar yaşayış nöqtələrində də əhali və təşkilatlar üçün yüksəksürətli internetə çıxış, həmçinin istifadəni asanlaşdıran innovativ həllər təqdim edərək insanların rifahını yaxşılaşdırmaq məqsədilə “Onlayn Azərbaycan” layihəsi həyata keçirilir.

Layihə müddətində ölkədə genişzolaqlı internetə çıxış imkanı əldə etmiş ev təsərrüfatı və biznes subyektlərinin sayı 12 dəfə artırılaraq 9%-dən 92%-ə yüksəldilib. Cari ilin ilk 6 ayı ərzində 2020-ci illə müqayisədə 5 dəfə çox təsərrüfatın genişzolaqlı internetə çıxışı təmin edilib və toplam əhatə 26% artıb.

Artıq ölkənin 30 rayonunda 90%-dən çox, 23 rayonunda 70-90% arası və digərlərində isə 65%-ə qədər təsərrüfatın genişzolaqlı internetə çıxışı təmin edilib”.

Məlumatda qeyd olunub ki, ilin sonunadək ölkə ərazisində bütün ev təsərrüfatı və biznes subyektlərinin internetlə təmin edilməsi planlaşdırılır:

“2024-cü ilin əvvəlindən etibarən telefonlaşmayan 411 yaşayış məntəqəsinin GPON texnologiyası əsasında genişzolaqlı internetə çıxışı təmin edilib. Sözügedən layihə çərçivəsində cari ilin sonuna qədər 273 yaşayış məntəqəsinin GPON və 144 yaşayış məntəqəsinin isə alternativ şəbəkə vasitəsilə genişzolaqlı internetə çıxışı nəzərdə tutulub.

Həmçinin 2024-cü ilin sonunadək ölkə ərazisində bütün ev təsərrüfatı və biznes subyektlərinin GPON və digər genişzolaqlı texnologiyalar vasitəsilə genişzolaqlı internetlə təmin edilməsi, yüksəksürətli internetdən istifadənin genişləndirilməsi və sabit genişzolaqlı internet abunəçilərinin faizinin artırılması planlaşdırılır”.


Qurumdan ümumilikdə ölkədə 2,7 milyon təsərrüfatın genişzolaqlı internetlə əhatə olunduğu qeyd olunub.

Günay Şahmar, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin