“İtkin düşmüş şəxslərin problemlərinin həlli: ailələrin həqiqəti bilmək hüququnun dəstəklənməsi” mövzusundakı beynəlxalq konfransın iştirakçıları Azərbaycanın tarixi və mədəniyyətinin simvolu olan Şuşa şəhərinə səfər ediblər.
Bizim.Media xəbər verir ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri olan xarici ölkələrin sabiq hökumət başçıları, Azərbaycanda akkreditasiya olunmuş diplomatik korpus nümayəndələri və hərbi attaşelər, Beynəlxalq Qızıl Xaç Komitəsinin rəhbər şəxsləri, Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi və əməkdaşları, həmçinin itkin düşmüş şəxslər üzrə beynəlxalq təsisatların nümayəndələri və ekspertləri, xarici ölkələrin müvafiq sahədə fəaliyyət göstərən qurumlarının rəhbərləri və əməkdaşları Şuşa şəhərinin mərkəzi meydanı, Xurşidbanu Natəvanın evi və Xan qızı bulağı olan ərazi, qala divarları ilə tanış olublar.
Qonaqlara Şuşa şəhərinin tarixi, işğal dövründəki vəziyyəti, şəhərdə Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın birbaşa nəzarəti altında aparılan quruculuq işləri, tarixi abidələrin bərpası və nəzərdə tutulan planlar barədə məlumat verilib.
Bildirilib ki, 30 ilə yaxın işğal dövründə Şuşa şəhərindəki tarixi binalar, məscidlər, abidələr erməni vandalizminə məruz qalıb.
Şuşa işğaldan azad edildikdən sonra burada genişmiqyaslı bərpa-quruculuq işlərinə start verilib. İnfrastrukturun qurulması ilə yanaşı, Şuşada şəhərin əsl tarixi simasının, tarix və mədəniyyət abidələrinin bərpasına başlanılıb.
Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu
- A-
- A
- A+
Cəmiyyət
20:28 / 03.10.2024
Beynəlxalq konfrans iştirakçıları Şuşada - FOTO
Hazırda oxunan: Beynəlxalq konfrans iştirakçıları Şuşada - FOTO
Hazırda oxunan: Beynəlxalq konfrans iştirakçıları Şuşada - FOTO
214446
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.