Zəngilan Rayon Mərkəzi Xəstəxanasına direktor TƏYİNATI - FOTO

Hazırda oxunan: Zəngilan Rayon Mərkəzi Xəstəxanasına direktor TƏYİNATI - FOTO

214441

Zəngilan Rayon Mərkəzi Xəstəxanasına direktor təyin edilib.

Bizim.Media “Qafqazinfo”ya istinadən xəbər verir ki, bununla bağlı TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, xəstəxananın direktoru vəzifəsi Ceyran Abbasovaya həvalə olunub. 

Direktorun kollektivə təqdimat mərasimində TƏBİB-in İcraçı direktorunun müşaviri Emil Xəlilov iştirak edib. E.Xəlilov tibb müəssisəsində keyfiyyətli tibbi xidmətin fasiləsiz təmin edilməsi, pasiyent məmnunluğunun artırılması istiqamətində həyata keçirilməsi zəruri olan tədbirləri qeyd edib.

Qeyd edək ki, Ceyran Abbasova 1985-ci ildə Zəngilan rayonunun Üdgün kəndində anadan olub. 2003-2009-cu illərdə Azərbaycan Tibb Universitetində, 2009-2010-cu illərdə Zəngilan Rayon Mərkəzi Xəstəxanasında internatura təhsili alıb.

C.Abbasova 2017-2022-ci illər ərzində Bakı şəhərində yerləşən 11 nömrəli Birləşmiş Şəhər Xəstəxanasında həkim-terapevt, 2022-2024-cü illərdə isə Ağalı Ailə Sağlamlıq Mərkəzində bölmə müdiri vəzifəsində çalışıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin