Sabahdan etibarən Bakı-Pirşağı-Sumqayıt və Bakı-Xırdalan-Sumqayıt istiqaməti üzrə yeni hərəkət cədvəli tətbiq ediləcək.
Bizim.Media xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC məlumat yayıb.
MÖVZU İLƏ BAĞLI:
Bakı-Gəncə qatarı Bakıdan Sumqayıta gedəcək - SƏBƏB
Bildirilib ki, cədvəllərdə dəyişiklik Abşeron dairəvi dəmir yolu xəttində yaranmış sıxlığın aradan qaldırılması üçün nəzərdə tutulub:
“Belə ki, pandemiya şəraiti ilə əlaqədar fəaliyyəti dayandırılmış Bakı-Gəncə qatarı müvəqqəti olaraq sözügedən istiqamətlərdə sərnişinlərə xidmət göstərəcək. Bu isə Bakı-Pirşağı-Sumqayıt və Bakı-Xırdalan-Sumqayıt istiqamətində qatarların sayını artıracaq”.
Yeni cədvəlləri təqdim edirik:
Bizim.Media