Qarabağda vətəndaşların öz hesablarına fərdi ev tikməsinə İCAZƏ VERİLƏCƏK? – MÜHÜM AÇIQLAMA

Hazırda oxunan: Qarabağda vətəndaşların öz hesablarına fərdi ev tikməsinə İCAZƏ VERİLƏCƏK? – MÜHÜM AÇIQLAMA

214392

Nəhayət, Cəbrayıl rayonuna da köç başladı. Sentyabrın 26-da ilkin olaraq Cəbrayıl şəhərinə 36 ailə - 117 nəfər köçürülüb.

Buna qədər Füzuli, Laçın, Şuşa, Zəngilan və digər ərazilərdə məskunlaşma aparılıb. Hökumətin apardığı məskunlaşma prosesi öz sürəti və perspektivi baxımından təbii ki, təqdirəlayiqdir. Çünki insanlar həm 30 illik həsrətə son qoyub, dədə-baba ocaqlarına qayıdır, həm də onlar üçün yeni mənzillər tikilir və məşğulluq sahələri yaradılır.

Bununla belə ayrı-ayrı vətəndaşlar da Qarabağda və Şərqi Zəngəzurda fərdi mənzil tikmək arzusu ilə yaşayır.

Bəs işğaldan azad olunmuş ərazilərdə özləri üçün fərdi mənzil tikmək imkanı qazanacaqlar?

Suala millət vəkili Vüqar Bayramov aydınlıq gətirdi. O, Bizim.Media-ya açıqlamasında bildirib ki, məskunlaşma prosesi hökumətin nəzarətindədir:

“Məqsəd ondan ibarətdir ki, daha intensiv şəkildə soydaşlarımız Qarabağda və Şərqi Zəngəzurda məskunlaşması həyata keçirilsin. Bununla bağlı “Böyük Qayıdış” birinci dövlət proqramı qəbul olunub. 2027-ci ildən sonra dövlət proqramının ikinci hissəsinin icrası gözlənilir .O vaxtadək 140 min soydaşımızın öz yurdlarına qayıtması gözlənilir. Bu da o deməkdir ki, məskunlaşma prosesi intensiv şəkildə davam edir.

İndiki vəziyyətdə dövlət sifarişi ilə hündürmərtəbəli yaşayış binaları ilə yanaşı fərdi evlərin tikintisi də aparılır. Amma vətəndaşlar tərəfində işğaldan azad olunmuş ərazilərdə fərdi evlərin inşası ilə bağlı müraciətlər var. Bu müraciətlər həm fərdi, həm də kompakt yaşayış massivinin inşası ilə bağlı olur.

Təbii ki, bu müraciətlər hökumət tərəfindən öyrənilir. Bu məsələ ətraflı şəkildə öyrənildikdən sonra yəqin ki, müvafiq qərar olacaq. Amma hələki məskunlaşma prosesi dövlət tərəfindən inşa edilən çoxmərtəbəli və fərdi evlər vasitəsi ilə həyata keçirilir”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin