Sosial media ilə bağlı yaranan peşələr uzunömürlüdürmü?

Hazırda oxunan: Sosial media ilə bağlı yaranan peşələr uzunömürlüdürmü?

214383

Sosial mediadan istifadənin çoxalması yeni peşələrin yaranmasına səbəb olur. “Reelsmaker”, “content manager”, SMM indi gənclərin ən çox yönəldiyi peşələrdir.

Bu peşələr necə yarandı?

Sosial media ilk vaxtlar sadəcə insanların bir-biri ilə daha tez ünsiyyət qurması üçün yaransa da, indi daha çox satış məqsədilə istifadə edilir. Funksiyaları da sırf satışı sürətləndirmək və daha çox adama çatmaq üçün qurulub.  İnsanlar “Tiktok”da videoların sürüşdürməklə vaxtını keçirməyə maraq göstərəndən sonra “İnstagram”da da bu funksiya yarandı. Artıq insanlar fotolardan daha çox videolara, yəni “reels”ə baxırlar. Ona görə də, satışla məşğul olan müəssisələr bu cür videoları çəkib, montaj edə biləcək işçilər axtarırlar. Amma bu videoları çəkmək siz düşündüyünüz qədər asan deyil, burada əsas məsələ yaradıcı və cəlbedici məzmun yaratmaqdır. Bu sahəni öyrədənlər 600 manata qədər ödəniş tələb edirlər. Yəni kifayət qədər ciddi peşə kimi qəbul edilir. Əmək haqqları da yüksəkdir.

Sosial şəbəkələr vasitəsilə yaranan peşələr uzun ömürlüdürmü?

Beynəlxalq dərəcəli karyera mütəxəssisi Pərviz Əfəndizadə Bizim.Media-ya bildirib ki, hələ yeni peşələrin də yaranacağı gözlənilir:
 

MÖVZU İLƏ BAĞLI:

Bloklama TAKTİKASI – Bizneslərini sosial şəbəkələrdə quranları NƏ GÖZLƏYİR?


“Yeni yaranan peşəlar tendensiya kimidir. Yəni həmin peşələr ümumi olaraq dünya əmək bazarında yaranır və zamanla Azərbaycan əmək bazarında da özünə yer tutur. Ümumiyyətlə, “Meta”da zamanla yeni peşələrin də yaranacağı gözlənilir. Bu peşələr yaxın 5 il ərzində aktuallığını qoruyacaq”.

Bəs bu peşələr nə dərəcədə uğurlu karyera hesab olunur?

“Bu peşələr öz karyerasını rəqəmsal marketinq sahəsində görən, inkişaf etdirmək istəyən və orada artıq təcrübəsi olan şəxslər üçün uğurlu hesab edilə bilər. Bir məqamı unutmamaq lazımdır ki, əmək bazarı və onun tələbləri sürətlə dəyişdiyi üçün bu sahələrin gələcəkdə müxtəlif dəyişkənliklərə uğraması qaçılmazdır”,- deyə Pərviz Əfəndizadə qeyd edib.

QEYD: Material Medianın İnkişafı Agentliyinin elan etdiyi müsabiqənin qaydalarının 8-ci Maliyyə yardımının göstərilməsi müddəasının 6.3.13. informasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi - bəndinə uyğun olaraq hazırlanıb.

Nuray, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin