Narkotik vasitələrin satışı ilə məşğul olan Qarabağ qazisi Əziz Səfixanovun sonuncu məhkəmə prosesi keçirilib.
Bizim.Media xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs və vəkili çıxış edib.
Ə.Səfixanovun vəkili çıxış edərək müvəkkilinin 44 günlük Vətən Müharibəsi iştirakçısı olduğunu, narkotik vasitələrdən istifadə etdiyini, satışı ilə məşğul olmadığını bildirib.
Daha sonra son sözlə çıxış edən Əziz Səfixanov müharibədən qayıtdıqdan sonra cərrahiyə əməliyyatı olduğunu, bu səbəbdən də ağrılarına görə narkotik vasitə istifadə etdiyini qeyd edib.
Məhkəmə müşavirəsindən sonra hökm oxunub.
Əziz Səfixanov 5 il müddətində azadlıqdan məhrum edilib.
Xatırladaq ki, dövlət ittihamçısı Ə. Səfixanovun 7 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.
Qeyd edək ki, Əziz Səfixanov Cinayət Məcəlləsinin 234.4.3-cü (külli miqdarda narkotik vasitələri saxlama, daşıma) maddəsi ilə təqsirli bilinib. Onun barəsində ibtidai istintaq dövründə polis nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
Əziz Səfixanov Vətən müharibəsində iştirak edib və 2 dəfə yaralanıb.
Selcan Zaurqızı, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
10:33 / 03.10.2024
Narkotik satan şəxs məhkəmə zalında HƏBS OLUNDU
Hazırda oxunan: Narkotik satan şəxs məhkəmə zalında HƏBS OLUNDU
Hazırda oxunan: Narkotik satan şəxs məhkəmə zalında HƏBS OLUNDU
214325
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.