İtkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfransın yekun bəyanatı QƏBUL EDİLDİ

Hazırda oxunan: İtkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfransın yekun bəyanatı QƏBUL EDİLDİ

214240

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının (Dövlət Komissiyası) və Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) birgə təşkilatçılığı ilə “İtkin düşmüş şəxslər probleminin həlli: ailələrin “həqiqəti bilmək” hüququnun dəstəklənməsi” mövzusunda növbəti beynəlxalq konfrans başa çatıb.

Bizim.Media xəbər verir ki, beynəlxalq konfransda 4 mövzu ətrafında panel sessiyalar keçirilib: 

- Etimad, barışıq və sülh quruculuğu proseslərində itkin düşmüş şəxslər problemi

- Ailələrin “həqiqəti bilmək” hüququnun müdafiəsi və onların ehtiyaclarının qarşılanması

- İtkin düşmüş şəxslərin ailələrinin təcrübələri: onların ehtiyaclarının və üzləşdikləri çətinliklərin müəyyən edilməsi və cavablandırılması, əməkdaşlıq və tərəfdaşlıq sahələri

- İtkin düşənlərin qalıqlarının axtarışı, bərpası, məhkəmə-tibbi identifikasiyası sahəsində irəliləyiş və çətinliklər.

Panel müzakirələri başa çatandan sonra konfransın sonunda yekun bəyanat qəbul edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin