Xaçmazda sinif yoldaşını bıçaqlayan məktəbli saxlanılıb. 
Bu barədə Bizim.Media-ya DİN Mətbuat Xidmətinin Quba regional qrupundan bildirilib. 
 
MÖVZU İLƏ BAĞLI:
Xaçmazda məktəbli sinif yoldaşını BIÇAQLADI
Məlumata görə, oktyabrın 1-də saat 16 radələrində Xaçmaz rayonunda 2009-cu il təvəllüdlü A.Nəsrullayev 2008-ci il təvəllüdlü K.Orucova aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarət yetirib.  
Yaralı xəstəxanaya yerləşdirilib. Polis əməkdaşları tərəfindən əməli törədən şəxs saxlanılıb. Faktla bağlı araşdırma aparılır. 
Bizim.Media






























































































