Əli Nağıyev: “Ağdərənin Sırxavənd kəndində itkin düşmüş 15-ə yaxın şəxsin qalıqları aşkarlanıb”

Hazırda oxunan: Əli Nağıyev: “Ağdərənin Sırxavənd kəndində itkin düşmüş 15-ə yaxın şəxsin qalıqları aşkarlanıb”

214140

“Cari ilin sentyabr ayında Dövlət Komissiyasına və BQXK-ya məlum olan koordinatlar üzrə Ağdərə rayonunun Sırxavənd kəndi ərazisində aparılmış işlər nəticəsində Birinci Qarabağ müharibəsində itkin düşmüş 15-ə yaxın şəxsə aid sümük qalıqları aşkarlanıb”. 

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri Əli Nağıyev “İtkin düşmüş şəxslər probleminin həlli: ailələrin həqiqəti bilmək hüququnun dəstəklənməsi” mövzusunda beynəlxalq konfransda çıxışında deyib. 

MÖVZU İLƏ BAĞLI:

Bakıda itkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfrans KEÇİRİLİR


Əli Nağıyev bildirib ki, həmin ərazilərdə qazıntı və ekshumasiya işləri davam etdirilir: 

“İlkin baxışa və təhlilə əsasən, həmin ərazilərdə bir neçə kütləvi məzarlığın aşkarlanması ehtimalı böyükdür”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin