Saat 21 radələrində Şəmkir rayon Mahmudlu kənd sakini İ.Abbasovun kəsici-deşici alətlə qətlə yetirilməsi barədə rayonun Polis Şöbəsinə məlumat daxil olub.
Bu barədə Bizim.Media-ya DİN-in Mətbuat xidmətindən bildirilib.
Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən A.Abbasov şübhəli şəxs qismində saxlanılıb.
İlkin məlumata görə, hadisə şəxsi münasibətlər zəminində baş verib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Bizim.Media