Azərbaycanlı məmur Türkiyəyə şəxsi təyyarəsi ilə gedib-gəlir

Hazırda oxunan: Azərbaycanlı məmur Türkiyəyə şəxsi təyyarəsi ilə gedib-gəlir

214020
Dünyanın inkişaf etmiş ölkələrində varlı adamlar, milyonçular şəxsi təyyarələrə malikdirlər. Dəyəri bir neçə on, hətta yüzxa0 milyon dollarla ölçülən şəxsi təyyarələr bu insanların təkcə xarici səfərləri zamanı deyil, həm də ölkədaxili səyahətlərində istifadə olunur.xa0
Təbii olaraq hər kəsxa0 şəxsi təyyarələrə sahib ola bilmir. Azərbaycanda da şəxsi təyyarələri olanlar var. Lakin şəxsi təyyarəsi olan azərbaycanlılar onu xarici ölkələrdə saxlamağa üstünlük verirlər.

Çünki şəxsi təyyarələrin saxlanılması Azərbaycanda baha başa gəlir.

Şəxsi təyyarəsi olan bir neçə azərbaycanlı var. Bunlar eks-nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədov (hazırda yoxdur), məşhur iş adamı, “Palmali” Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimovdur.
Saytımızın məlumatına görə, Mübariz Mənsimovun 5 şəxsi təyyarəsi olsa da, hazırda biri qalıb. Onun şəxsi təyyarəsi ilə İstanbuldan birbaşa Amerika Birləşmiş Ştatlarına getmək olur.
Telman İsmayılovun 2 şəxsi təyyarəsi olub, lakin indi yoxdur. Həmçinin Anar Məmmədovun da bir təyyarəsi olsa da, hazırda yoxdur.
Məlumata görə, daha bir azərbaycanlı məmur hələ də İstanbula şəxsi təyyarəsi ilə gedib-gəlir.(Modern.az)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin