Bu aptekdə nöqsanlar aşkarlandı - FOTO

Hazırda oxunan: Bu aptekdə nöqsanlar aşkarlandı - FOTO

214009

Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Gəncə şəhəri, Dədə Qorqud küçəsi, ev 28, mənzil 15 ünvanında “Zakiroğlu” MMC-yə məxsus “Heel” aptekdə yoxlama keçirib.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Bizim.Media-ya verilən məlumata görə, yoxlama zamanı aptekdə qida təhlükəsizliyi sahəsində normativ-hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb.

Aptekdə idxal sağlamlıq aktı olmayan və etiketlənməsində Azərbaycan dilində məlumatlar qeyd edilməyən “Şahmerdan” və “Wonderful Honey” əmtəə nişanlı bitki tərkibli məcunların satışının həyata keçirildiyi, həmçinin mütəmadi olaraq müvafiq təmizlik işlərinin aparılmadığı müəyyən olunub.

Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, nöqsan aşkarlanmış məhsulların satışının dayandırılmasına dair məhdudlaşdırıcı qərar qəbul olunub və uyğunsuzluqların aradan qaldırılması ilə əlaqədar icrası məcburi göstərişlər verilib.

Araşdırmalar davam etdirilir.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin