Əhalinin neçə faizi Qərbi Azərbaycan mühacir hökumətinin yaradılmasını dəstəkləyir? – SORĞU

Hazırda oxunan: Əhalinin neçə faizi Qərbi Azərbaycan mühacir hökumətinin yaradılmasını dəstəkləyir? – SORĞU

213987

Ölkə əhalisinin 85.5%-i Qərbi Azərbaycan mühacir hökumətinin yaradılmasını dəstəkləyir.

Bizim.Media xəbər verir ki, bu barədə Sosial Tədqiqatlar Mərkəzi məlumat yayıb. 

Məlumatda deyilir ki, Mərkəz Qərbi Azərbaycan mühacir hökumətinin yaradılması barədə ictimai münasibəti öyrənmək məqsədilə rəy sorğusu keçirib. 

Nəticələrə əsasən, respondentlərin əksəriyyəti Qərbi Azərbaycanlıların könüllü və ləyaqətli qaydada öz torpaqlarına qayıtması üçün Qərbi Azərbaycan mühacir hökumətinin yaradılmasını dəstəkləyir. Belə ki, “Qərbi Azərbaycan mühacir hökumətinin yaranmasını dəstəkləyirsinizmi?” sualına respondentlərin 85.5%-i “bəli, dəstəkləyirəm”, 4,4%-i “xeyr, dəstəkləmirəm” cavabını verib. Sorğuda iştirak edənlərin 10,1%-i bu barədə rəy bildirməkdə çətinlik çəkib.

1905-1907, 1918-1920, 1948-1953, 1959-1979 və 1987-1991-ci illərdə “monoetnik Ermənistan” dövləti yaratmaq məqsədilə həmin ərazilərdən azərbaycanlıların etnik təmizlənməsi aparılıb. 1987-1991-ci illərdə baş verən son deportasiya zamanı 22 rayondan (172 sırf azərbaycanlı, 89 ermənilərlə qarışıq yaşayış məntəqəsindən 40.928 ailə) 350 mindən çox  azərbaycanlı ata-baba yurdlarından zorla çıxarılıb, bir hissəsi qətlə yetirilib, yaralanıb və yollarda qar çovğununa düşərək həlak olublar. Qərbi Azərbaycanlılar hələ də qaçqınlıq həyatı yaşayır.

44 günlük Vətən müharibəsində əldə olunan qələbə son 30 illə yanaşı, bütün tarixi dövrlərdə köçə məcbur edilən soydaşlarımızın öz əcdadlarına, köklərinə, milli-dini varlığına, maddi və mədəni irsinə dönüş fürsəti yaradıb.

Cəmiyyət soydaşlarımızın Qarabağa böyük qayıdış yolu ilə qayıtdığı kimi, 8 noyabr Zəfərinin bütün dövrlərin deportasiyalarına son qoyaraq Qərbi Azərbaycanlıların tarixi yurdlarına qayıdış yollarını da açacağına inanır.


Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin