Bakıda 20 km-lik yeni mikromobillik zolağı istifadəyə verildi - FOTO

Hazırda oxunan: Bakıda 20 km-lik yeni mikromobillik zolağı istifadəyə verildi - FOTO

213984

Bakıda mikromobillik infrastrukturunun inkişaf etdirilməsi məqsədilə 20 km məsafəni əhatə edən mikromobillik zolağı təşkil edilib.

Bizim.Media bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.

Məlumata görə, görülən işlər çərçivəsində əlçatanlığın təmin edilməsi üçün panduslar inşa olunub, təhlükəsizlik məqsədilə yol nişanları quraşdırılıb, müvafiq nişanlanma işləri aparılıb və mövcud işıqforlarda 25 velosiped bölmələri quraşdırılıb.

Bundan başqa, digər nəqliyyat vasitələrinin mikromobillik zolaqlarına daxil olmasının qarşısını almaq və mikromobillik istifadəçilərinin təhlükəsizliyini təmin etmək üçün “bufer zonalar”da 1 160-dən çox təhlükəsizlik səddi çəkilib.

Həmçinin 48 məntəqədə mikromobillik vasitələri üçün parklanma yerləri də təşkil edilib.





Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin