Bakıda 49 manata dönər satılır - VİDEO

Hazırda oxunan: Bakıda 49 manata dönər satılır - VİDEO

213929
İnsanların adətən 2-3 manata aldıqları dönər paytaxtdakı dönərxanaların birində bundan 20-25 dəfə baha qiymətə təklif olunur.

Moderator.az-ın “Xezerxeber.az”a istinadən məlumatına görə, dönərxanaların birində nə az, nə çox - düz 48 manat 90 qəpiyə dönər satılır.

Qiyməti baha olsa da, onun xüsusi hazırlanma və təqdim olunma qaydası var.

Dönərçi Turan Şahin deyir ki, 48 manat 90 qəpiyə satılan dönərin özəlliyi ilk növbədə ətin çəkisi ilə bağlıdır. Sözügedən dönər qısa müddətdə hazırlanır, müştərilərə müxtəlif turşu və içkilərlə təqdim edilir.

Dönərçinin sözlərinə görə, gün ərzində bu dönərə sifarişlər az olmur.

O deyir ki, gələcəkdə sifariş əsasında 2 kiloqramlıq da dönər hazırlaya bilər.

xa0

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin