1920-ci il aprelin 28-də qırmızı bolşeviklər Azərbaycanı işğal etdilər. Musavatın hakimiyyəti devrildi.xa0 Azərbaycan Sovet Sosialist Respublikası elan edildi. Bundan sonra Azərbaycanda sosialist tədbirləri həyata keçirilməyə başladı. Əvvəlcə mülkədar torpaqları müsadirə olunub kəndlilərə verildi.xa0 Meşələr, sular, təbii sərvətlər, neft, balıq sənayesi, banklar, nəqliyyat, Xəzər Ticarət Donanması və başqaları milliləşdirildi. Bərbad hala salınmış kənd və xalq təsərrüfatınınxa0 dirçəldilməsi vəbərpa edilməsi üçünxa0 yeni tədbirlər planı hazırlanıbxa0 həyata keçirilməyə başladı.
Neft sənayesində birinci olaraq texniki yeidənqurma dövrünə qədəm qoyuldu.xa0 1937-ci ildə istehsal olunanxa0 neftin 75 faizini Aazərbaycan verirdi.xa0 İşsizlik ləğv edilir, fəhlələrin maddi rifahı yaxşılaşır, mədəni-texniki səviyyəsi yüksəlirdi. Respublikada əsil mədəni inqilab həyata keçirilirdi.
“ 1940-cı ildəxa0 məktəb və texnikumlarda 32 min tələbə təhsil alırdı. Azərbaycanda 60 elmi-tədqiqat müəssisəsi var idi. İnqilabın ən böyük nailiyyətlərindən birixa0 də qadınların azad edilməsi və onların sosializm quruculuğunun bütün sahələrinə cəlb olunmasından ibarət idi.xa0 1940-cı ildəxa0 ali məktəb və texnikum tələbələrinin 25 faizi q1adınlar idi”.(ASE.1970).
Müharibədən sonrakı illərdəxa0 ağır və yangül sənaye, energetikanın bazası, nəqliyyat, rabitə və başqalarıxa0 daha sürətlə inkişaf etməyə başladı. Elm və mədəniyyət, ədəbiyyat və incəsənət, maarif sahəsində əsil inqilab baş verdi. Azərbaycan başdan-başa savadlılar ölkəsinə çevrildi. 12 ali məktəb, Elmlər Akademiyası, elmi-tədqiqat müəssisələrininxa0 böyük şəbəkəsi fəaliyyət göstərirdi.
Xalq təsərrüfatında, elm və mədəniyyət , ictimai və dövlət işlərində qadınlara daha çox yer verildi. Azaərbaycan xalqının mənəvi həyatında, mədəniyyətinin formalaşmasında mətbuat, radio, mədəni-maarif müəssisələri böyük rol oynadı
İncəsənətimiz müqayisəedilməz səviyyəyə qalxdı.. Azərbaycan Dövlət Konservatoriyası və Filarmoniya yaradıldı. Opera və balet sənəti inkişaf etməyə başladı. Məşədi Əzizbəyov adına Azərbaycan Dövlət Akademuk Dram Teatrı, Səməd Vurğun adına Azzərbaycan Dövlət Rus Dram Teatrı, Cəfər Cabbarlı adına Kirovabad(Gəncə) Dövlət Dram Teatrı, Cəlil Məmmədquluzadə adınaxa0 Naxçıvan Dövlət Musiqili Dram Teatrı və başqaları yaradıldı.
Kino sənəti sürətlə inkişaf etdi.xa0 Təsviri incəsənətdə görkəmli nailiyyətlər əldə edildi.xa0 Ölkədə səhiyyə ocaqlarının sayı sürətlə artmağa başladı. Respublikanın xalq səhiyyə sistemində 12 min nəfərə yaxın həkim, 34 mindən çoxxa0 tibb işçisi çalışırdı. 475 xəstəxana, 930 ambulatoriya-poliklinika, 1700 feldşer-mama məntəqəsi, 78 sanatoriya-epidemiologiya stansiyası, 74 təcili yardım stansiyası əhaliyə tibbi xidmıət göstərirdi.xa0 11 Elmi –Tədqiqat Tibb İnstitutu, Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutu, Əziz Əliyev adına Həkimləri Təkmilləşdirmə İnstitutu, 17 orta tibb məktəbi vardı.
Sovet hakimiyyəti illərində xalq maarifixa0 sürətlə inkişaf etdi. Ana dilində ibtidai, orta və ali məktəblər açıldı.Təhsil pulsuz oldu. Pedaqoji kadrlar ordusu meydana gəldi. Azərbaycan qızları təhsilə cəlb edildi.Yaşlılar üçün savad kursları açıldı. Yeni tədris planları və proqramları yaradıldı, Ana dilində dərsliklər nəşr olundu.
1940-cı ildə Azərbaycanda 1668 ibtidai, 1240 yeddiillik, 654 orta məktəb var idi.xa0 1933-1940-cı illərdə 339 məktəb binası tikildi. 1940-cı ildə Azərbaycanın məktəblərində 22 min müəllim işləyirdi.xa0 Respublikada 2650xa0 kütləvi kitabxana, 35 muzey, 1725 klub və b. mədəni-maarifxa0 müəssisəsi var idi. Elmin bütün sahələri tarixdə görünməmiş səviyyədə inkişaf etdi.
Azərbaycanda sovet hakimiyyətinin qurulmasıxa0 fəlsəfi fikrin inkişafında daxa0 dönüş nöqtəsi oldu. Mətbuatda fəlsəfə və ateizm məsələlərinə dair məqalələr dərc olunur, burjua ideologiyasına və dinə qarşı fəal mübarizə aparılırdı.xa0 Fəlsəfə və ictimai fikrin tədqiqindəxa0 Azərbaycan SSR EA Fəlsəfə və Hüquq İnstitutu böyük rol oynamışdır. Fəlsəfə məsələləri: fəlsəfə tarixi, dialektik və tarixi materializm, estetika və etika, məntiq elmi ateizmxa0 istiqamətlərində tədqiq edilmişdir.xa0 Fəlsəfə tarixinə dairxa0 A.Makovelski, H.Hüseynov, Ə.Zəkuyev, M.Qasımov, Ə.Agahi, M.Ağamirov, Ə.Əhmədov, Z.Göyüşov, Z.Quluzadə, S.Rzaquluzadə, V.Səmədov, Ə.Ə.Səidzadə, F.Köçərli və F.Qasımzadənin əsərləri nəşr olunmuşdur.
Bu əsərlərdə sofistlərin, qədim yunan materialistlərinin, Şərq filosoflarının, orta əsr vəxa0 habelə X1X-XX əsrxa0 ictimai fikrininxa0 görkəmli nümayəndələrininxa0 fəlsəfi irslərixa0 tədqiq edilmişdir.xa0 Bununla bərabər, Azərbaycan fəlsəfəsində müəyyən yer tutan zərdüştilik, sufilik, xürrəmilik, hürufilik cərəyanları da tədqiqatlara cəlb edilmişdir.xa0
Məntiq, etika və estetikaya aidxa0 əsərlərdə Azərbaycanda estetik və etik fikir tarixi, incəsənətin tərbiyəvi rolu, kommunist əxlaqınınxa0 mühüm norma və prinsipləri, marksist etikanın kateqoriyaları, əxlaqın başqa ictimai şüur formaları iləxa0 əlaqəsi, əmək, vətənpərvərlik və beynəlmiləlçilik problemləri tədqiq olunurdu. Ümumiyyətlə, Azərbaycan SSR EA Fəlsəfə və Hüquq İnstitutununxa0 yaradılması marksist-leninçi fəlsəfənin tədqiqində böyük rol oynamışdır. Elm, təhsil, mədəniyyət, təsərrüfat və sənaye sahələrində əldə olunan nailiyyətlərə baxmayaraq, Sovet hökuməti öz fəaliyyətinin ilk günlərindən ümumən ölkədə, o cümlədən Azərbaycanda böyük faciələrə, müsibətlərə, görünməmiş dəhşətli hadisələrəxa0 səbəb oldu. V.İ.Leninin başçılıq etdiyi buxa0 dövlətin verdiyi ilkxa0 dekretlərdən biri məktəbin kilsədən, kilsənin dövlətdən ayrılması haqqındaxa0 oldu.
Sələflərindən fərqli olaraq, Sovet hökuməti dinə qarşıxa0 çox kəskin və amansızxa0 mübarizə aparmağa başladı. K.Marksin “din bəşəriyyət üçün tiryəkdir” fikrini bayraq edərək dinə, xüsusən islam dininə qarşı daha ciddi və təsirli mübarizəxa0 aparmağın yolları, vasitələri haqqında pıanlar hazırlandı, layihələr tərtibxa0 edildi. Əhaliyə “Allahsız” kitabçalarıxa0 paylandı.xa0 10 minlərlə müsəlman katorqalara sürgün edildi, əmlakları müsadirə olundu, müqavimət gtöstərmək istəyənlər yerindəcə güllələndilər. Məscidlərin bir hissəsi dağıdıldı, bir hissəsi ambarlara çevrildi. Hər cür dini mərasim və ayinlərxa0 qadağan edildi. Dinə və onun bütün təzahür formalarına qarşı mübarizə dövlətinxa0 başlıca ideologiyasına çevrildi.xa0 Bütün dövlət strukturlarında: uşaq bqğçalarından tutmuş ali məktəblərə qədər, idarə və müəssisələrdə, fabrik və zavodlarda ateizmin təbliğat maşınıxa0 gecə-gündüz işlıyərək, insanlarda dinə qarşıxa0 inamsızlıq yaratmağa, onları dindən uzaqlaşdirmağa, Allaha inanmamağa, mövhumata uymamağa, özlərinə, öz qüvvə və bacarıqlarına, biliklərinə güvnəməyə çağırırdı.
Bu fırtına Azərbaycandan da yan keçmədi. Bolşeviklər 1920-ci ildəxa0 Azərbaycanın milli dövlətini yıxdılar. Azərbaycanı özlərinin müstəmlələrinə çevirdilər. Ədalətsiz və sərt qanunlar tətbiq oluindu. Burada da minlərlə müsəlman”molla” damğası ilə məhv edildi Ölənlərin dəfn mərasimi belə nəzarət altına alınır, dini ayinlərin icrasına icazə verilmir, yığıncaqlar yasaq edilirdi. Minlərlə insanın taleyi haqqında hələ indi də məlumat yoxdur. Artıq ölkədə ateistlər hərəkatı meydana gəlmişdi. Bu hərəkatdanxa0 kənarda qalmağın təhlükəli olduğunu anlayanlar daxa0 öz iradələrinin əksinə gedərək, həmin hərəkata qoşulmaqxa0 məcburiyyətində qalır və bir növ, özlərini sığorta etdirmiş olurdular.
Ölkə əhalisinin, demək olar ki, əksəriyyəti: bəziləri öz razılığı, bəziləri dəxa0 qorxudan ateistə çevrildilər. Ateizm təbliğatı bütün fəaliyyət sahələrinixa0 öz əhatəsinə aldı. Ədəbiyyatçı da, tarixçi də, fizik də, coğrafiyaçı da, bioloq da, bir sözlə,bütün ixtisas sahələrində çalışanlar ateist oldular. Bu işdə tarixçilər və filosoflar birincilik qazandılar. Dinin mahiyyətini başa düşüb-düşməməsindən asılı olmayaraq,böyük bir qrup filosof ateizm cəbhəsinə keçdi və bütün səy və bacarıqlarını bu sahəyə həsr etdi.xa0
Ateizm ruhunda çoxluxa0 məqalələr, kitab və kitabçalar, dissertasiyalar, monoqrafiyalar yazıldı. Ateist filosoflara fəxri fərmanlar, döş nişanları, mükafatlar və s. verildi. “Fədakarlıq” göstərdiklərinə görə vəzifəyə seçilənlər də oldu. İslam dininin irəli sürdüyü bütün mülahizə və müddəalarxa0 ağına-bozuna bazmayaraq, ucdantutma “yalan”, “əfsanə”, “uydurma”, “ gülünc və mənasız şeylər”xa0 kimi qələmə verildi. Din xadimlərini təhqir edən karikaturalar çəkildi, teatr tamaşaları hazırlandı, şair və yazıçılar arasında müsabiqələr keçirildi, təbliğat və təşviqat dəstələrixa0 yaradıldı, bir sözlə, Sovet hökumətixa0 islam dininə qarşı çox ciddi və qəti mübarizə üçünxa0 bütün imkanları, qüvvələri səfərbərliyə aldı.
Dinin, şəriətin , dini mərasimlərin və ayinlərinxa0 əleyhinə yönəlmiş və Sovet hakimiyyətinin siyasi platformasının düzgünlüyünü təbliğ edən yazılar müzakirəyə qoyulur, müəllifləri mətbuatda işıqlandırılır, əsil Sovet ziyalısı kimi qələmə verilirdi.
Nəriman Nərimanovun, Əbdürrəhim bəy Haqverdiyevin, Cəlil Məmmədquluzadənin, Seyid Hüseynin, Cəfər Cabbarlının və s. onlarla müəllifin əsərləri əsasındaxa0 hazırlanmış tamaşalar onilliklər ərzindəxa0 səhnədən düşmədi. Yeni nəslin—kommunist gənclərin (komsomolçuların) ateizm ruhunda tərbiyəsində bu əsərlər çox böyük “rol” oynadı. Əgər 1300 il bundan qabaq insanlar dinsizlikdəxa0 təqsirləndirilərək qılıncdan keçirilirdilərsə, XX əsrdə , əksinə, onlar dindarlıqda suçlanır, böyük fəlakət və müsibətlərə düçar olurdular.
Sovetlərə qədər dindarlar çoxluq və dinin bəzi cəhətlərini dənqid edənlər azlıq təşkil edirdilərsə, indi tamamilə əksxa0 hadisə özünü göstərirdi: dinsizlər, ateistlər çox, dindarlar isə, demək olar ki, yox idi. Əlbəttə, bu, zahiri görüntü idi. İnsanların ətinə, qanına, sümüyünə, iliyinə qədər işləmişxa0 dini ideologiyanı ləğv etmək, aradan qaldırmaq mümkün deyildi.
Sovet hökuməti özünün strukturuna və platformasına görəxa0 mövcud dövlətlərdən tamamilə fərqli idi. O özünüxa0 “əli qabarlı zəhmətkeş xalq kütlələrinin dövləti” kimi qələmə verir, kapitalizmi məhv edib sosializm quruluşunuxa0 həyata keçirməklə xalq kütləılərinin xoşbəxt və firavan həyatını təmin edəcəyinixa0 qətiyyətlə bildirirdi.xa0 Həm də göstərilirdi ki, bu mühüm və vacib vəzifəni yerinə yetirmək üçün bir sıra maneələrixa0 aradan götürmək lazımdır. Birinci növbədə, xalqın şüurunu, beynini köhnəliklərdən, ətalətdən, cəhalətdənxa0 təmizləmək, onlarda özünə qarşı inam yaratmaq, dünyanı dəyişdirmək qabiliyyətinəxa0 malik olduğunu onlara sübut etmək lazımdır.xa0 İnsanlar bilməlidirlər ki, zülm, istismar, təqib və təzyiq altında yaşamaq, kiminsə köləsi və qulu olmaq, hüququ əlindən alınıb heyvan kimi ömür sürmək heç bir alın yazısı, allahın məsləhəti, taleyin qisməti və hökmü deyildir.
Bunlar cəhalətin, mövhumatın, nadanlığın nəticəsidir.xa0 İnsanın taleyi, xoşbəxt həyatı, xoş gələcəyi onun öz əlindədir. Elmin, maarifin köməyi iləxa0 insan mövhumat və xurafatdan qurtulub əsil həqiqəti, reallığı dərk edər, düşdüyü vəziyyətin səbəbini araşdırar,xa0 həmin səbəbi aradan götürmək üçün yollar axtarar, nəhayət, axtardığını tapa bilər. Lakin din, mövhumat, fanatizm insanlara bu barədə düşünməyi qadağan edir və bildirir ki, hər çey allahın iradəsindən asılıdır. Sən allahın iradəsinə qarşı çıxa bilməzsən, gücün çatmaz. Allah insanın alnına hər nə yazıbsa, o da olacaq. O, hər şeyi görür və bilir.İstədiyi admı hər şeylə təmin edir, istəmədiyi adamı zəlalətə salır, məhrumiyyətlərə düçar edir.xa0 İnsanlar həmişə şükür etməlidirlər ki, onlar sağ-salamatdırlar, görürlər, eşidirlər, hərəkət edə bilirlər.
İnsanın taleyi o, hələ dünyaya gəlməzdən əvvəl “lövhi-məhfuzda” allah tərəfindən müəyyən edilmişdir ki, buna da “alın yazısı” deyirlər.xa0 Bu yazı heç bir qüvvə tərəfindən dəyişdirilə və ya pozula bilməz.xa0 Hər bir insan həmin yazı çərçivəsində hərəkət edə, fəaliyyət göstərə bilər. İnsan aciz bir məxluqdur.Həyatını dəyişdirmək haqqındaxa0 hər hansı bir təşəbbüsü allaha qarşı çıxmaqdır və cəzası axirət dünyasında cəhənnəm odunda yandırılmaqdır”
Sovet hökuməti dinin bu göstərişlərinə qarşı çıxaraq, onu əfsanə, heç bir məntiqə, fakta, ağıla sığmayan cəfəngiyat hesab edir, insanları dünyanın dəyişdiricisi, qurucusu, onun sirlərini öyrənməyə, öz həyatını istədiyi kimi qurmağa, dünyaya meydan oxumağa qadir yeganə varlıq kimi göstərir, heç bir ilahi, fövqəladə qüvvəyə inanmamağı, yalnız elmin sayəsində öz gücünə, iradəsinə, biliyinə, bacarığına inanmağı təkidlə tələb edirdi.xa0
Sosializmin bərqərar olması bu yeni sistemə qarşı mübarizəyə qalxmış dünya dövlətləri iləxa0 ölüm-dirimxa0 savaşında qalib gəlmək nətıcəsində mümkün idi.xa0 Buna nail olmaq üçün xalq kütlələrinin birliyi, mətinliyi, mübarizliyi uğrunda canlarından keçdikləıri, bu yeni quruluşun, doğrudan daxa0 onlara firavan, xoşbəxt və sakit həyat gətirıcıyinə dərin inamın olması vacib idi.
Din xadimləri isə hər cür vasitə ilə bu inamı öldürməyə, insanların belə hərəkətlərini Allahın iradəsinə qarşı çıxmaq kimi qiymətləndirməyə çalışırdılar. Bir sözlə, dindarlar və din xadimləri dünyada hər hansı bir yeniliyi, dəyişikliyi bidət kimi qələmə verir, sosializm quruluşuna düşmən münasibət bəsləyirdilər. Digər tərəfdən, kapitalizm quruluşu din xadimlərinin məınafeyinə uyğun olduğu üçün onlar bu qurulişun əleyhinə çıxan hər cür nəzəri və əməli fəaliyyətə qarşı müxalif mövqe tutur, sovet hökumətini də tənqid və təkfir edirdilər.xa0 Xalq kütlələri içərisində əks təbliğat aparır, onları allahın işinə qarışmamağa, sovet hakimiyyətinə qarşıxa0 aparılan mübarizə cəbhəsində iştirak etməyə xüsusi səy göstərirdilər
Qeyd etmək lazımdır ki, Sovet hökuməti aparatında erməni millətindən olan nümayəndələrin müəyyən vəzifələr tutması, Azərbaycanın bolşeviklər tərəfindən işğalında erməni əskər və zabitlərininxa0 fəal iştirakı, Azərbaycan hökumətində ermənilərinxa0 yüksək vəzifələrə təyin edilməsi nəinki din xadimlərinin, heç din ilə əlaqəsi olmayan minlərlə müsəlmanın “ingilis casusu”, “əksnqilabçı” damğası ilə Rusiyanın ölüm düşərgələrinə sürgün edilmələrinə səbəb oldu.
Millətin düşünən beyni hesab olunan yüzlərlə ziyalısıxa0 erməni millətçilərininxa0 əli ilə həbsxanalara salındı, işkəncə və təhqirlərə məruz qaldı, vəhşıcəsinə güllələndi. Bütün bunalara baxmayaraq, islam dinini, onun mərasimlərini, qayda-qanunlarını yaradanlar, onlara riayət edənlər yenə də mövcud idi,xa0 öz fəaliyyətlərini gizli şəkildə davam etdirirdilər. Hökumət , ilan yarpızdan qorxan kimi, İslam dinindən qorxur, min illər ərzindəxa0 insanların qanına, canına, sümüyünə hopmuş bu dinin təsirini zəiflətmək, insanların beynindən, şüurundan silmək üçünxa0 bütün vasitələrə əl atırdı.xa0
Xalq Daxili İşlər Komissarlığının yerli rayon şöbələrində əsas vəzifələrə ermənilərin təyin edilməsi kəndlərin, rayonların ağsaqqallardan, , başbilənlərdən məhrum olması və get-gedə boşalmasına səbəb olurdu. Yaşlı insanlar söyləyirlər ki, kəndlərdə xüsusi “agentlər” işləyirdilər və onlar ehtiyatsızlıq üzündən avam və savadsız qocaların, uşaqların ağızlarından çıxan hər bir sözü öz “ağalarına” çatdırır və sabahkı gün kənddə “toy-bayram” başlayırdı. İş o yerə çatmışdı ki, yas məclislərində qadınlara ağı demək də qadağan edilmişdi.
Yas mərasimləri ciddi nəzarət altında idi. Dinə qarşı təbliğat aparmaq üçünxa0 xüsusi mühazirəçilər qrupu rayonlara, kəndlərə göndərilir, onlar da ən təhqiramiz sözlərlə islam dinini gözdən salır, onu insanlarınxa0 əsas və əsil düşməni kimi qələmə verirdilər. İslam dini ilə heç bir əlaqəsi olmayan, beş minillik tarixə söykənənxa0 milli bayramımız – bahar bayramı (Nobruz bayramı) da yasaq edilmişdi.xa0 Azərbaycan xalq mahnıları Cənubi Azərbaycanda oxonduğuna görə bizdə bu mahnıların (məsələn, “qaragilə” mahnısını)ifası qadağan idi. Bunu bədxah erməni millətçiləri çirkin məqsədlə təşkil edirdilər.xa0
Qəribəlik bundadır ki, ermənilərin Azərbaycan xalqının-türklərin məhv edilməsinə, soyqırımına yönəlmiş bu fəaliyyətlərini azərbaycanlı rəhbərlər (türklər) başa düşməmiş, bunun qisasçılıq məqsədiləxa0 həyata keçirildiyini dərk etməmişlər.xa0 Ermənilərin verdikləri məlumatları saf-çürük etmədən, yoxlamadan, yaxşı-yaxşı öyrənmədən irəli sürülən ittihamlarıxa0 təsdiq etmiş və həyata keçirmişlər. Bəlkə də bu siyasətin mahiyyətini başa düşmüş, lakin gücləri çatmadığı, “yuxarıdan” verilən göstərişlərə qarşıxa0 çıxa bilmədikləri və ya hakimiyyət, mənsəb, vəzifə hərisliyi onların gözlərini qapadığı üçünxa0 belə faciələrə, müsibətlərə rəvac vermişlər.xa0 Hər halda bu kimi məsələlərin araşdırılması, əsil həqiqətin üzə çıxarılması çox vacibdir.xa0 Bugünkü dövlətçiliyimizin demokratik yolla idarə olunması üçün kadr seçimində bu məsələ mühüm rol oynaya bilər.
Müstəqil Ağayev
AMEA Fəlsəfə İnstitutu Azərbaycan
fəlsəfə tarixi şöbəsinin aparıcı elmi
Işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru,xa0
Qabaqcıl Maarif Xadimi






































































































