“Mən doğma İrəvanımı gəzəndə burnufırtıqlı Serjik hələ dünyaya gəlməmişdi...”- Maksim Musayev

Hazırda oxunan: “Mən doğma İrəvanımı gəzəndə burnufırtıqlı Serjik hələ dünyaya gəlməmişdi...”- Maksim Musayev

213872
Azərbaycan parlamentinin sabiq deputatı Maksim Musayevxa0 Ermənistanın oyuncaq prezidenti Serjik Sərkisyanın Münhen Təhlükəsizlik Konfransının panel sessiyasında Azərbaycanın Almaniyadakı səfirliyinin birinci katibi, gənc diplomat Sədi Cəfərovunxa0 suallarına cavabları zamanı söylədiyi yalanlarını ifşa etmək məqsədi ilə Moderator.az-a müsahibə verib.xa0

Müsahibəsindəxa0 S.Sərkisyanın İrəvanın ermənilərə məxsusluğu, guya bu il 2800 yaşının tamam olması barədəki sərsəmləmələrindən danışan M.Musayev bildirib ki, özünün əcdadları, ulu babaları yüz illərlə İrəvan xanlığında yaşayıb. “Mən doğma İrəvanımın gözəl yerlərində gəzəndə burnufırtıqlıxa0 Serjik hələ dünyaya gəlməmişdi, ya da orda-burda sülənirdi”-deyə sabiqxa0 parlament üzvü vurğulayıb.

Xatırladaq ki, Serjik Sarkisyanxa0 neçə illər subordinasiya üzrə 1970-1980-ci illərdə Azərbaycan komsomol və partiya mərkəzi komitələrınin Dağlıq Qarabağ üzrə kuratoru kimi çalışmış Maksim Musayevin tabeliyindəxa0 işlədiyindən sabiq deputat bu erməni dığasının xarakterinə, simasına yaxşı bələddir...

Müsahibimiz tezliklə İrəvana Qayıdış İttifaqı yaratmaqla bağlı təşəbbüsündən də danışıb.
Maksim Musayevlə müsahibəni tezliklə saytımızda oxuya bilərsiniz.

Moderator.az-ı izləyin!..

Sultan Laçınxa0xa0

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin