Yeni Gənclər və İdman naziri kim olacaq? – AFFA öz namizədini irəli sürüb

Hazırda oxunan: Yeni Gənclər və İdman naziri kim olacaq? – AFFA öz namizədini irəli sürüb

21386

Gənclər və İdman naziri Azad Rəhimovun vəfatından sonra hələki onun vəzifələrini müavini İntiqam Babayev icra edir.  

Bizim.Media xəbər verir ki, 15 il müddətdə nazir vəzifəsində olan Azad Rəhimovun rəhbərliyi ilə gənclər sektorunda müxtəlif layihələr reallaşdırılıb. 
 

MÖVZU İLƏ BAĞLI:

“İndi bizim əsas diqqətimiz gələcəyə yönəlməlidir” – Nigar Arpadarai


Hazırda hamını maraqlandıran məsələlərdən biri də Azad Rəhimovun vəzifəsinə kimin təyinat alacağıdır. Azərbaycanda müxtəlif sahələrə aid nazirlik rəhbərlərinin başqa sektora aid quruma nazir təyin olunma təcrübəsi olduğu üçün Gənclər və İdman naziri postuna namizədlərin adı da müxtəlifdir. 

Ən çox adı çəkilənlər arasında elə Azad Rəhimovun müavinləri İntiqam Babayev və Fərhad Hacıyevin isimləridir.

Düzü, əksər ictimai fəallar Fərhad Hacıyevin nazir kimi daha iddialı göründüyünü düşünür. Çünki ekspertlər İntiqam Babayevin maksimal olaraq müavin karyerası ilə artıq çoxdan razılaşdığını düşünür. 

Gənclər və İdman nazirliyinin fəaliyyətini ən çox izləyənlər arasında quruma nazir kimi qadın namizədin adını çəkənlər də var. Bu sırada uzun zaman Formula 1-ə görə Bakı Şəhər Halqasında çalışan, hazırda millət vəkili Nigar Arpadarai də real namizədlərdən biri hesab olunur. 

Amma son günlər nazir təyin olunacağı ilə bağlı adı ən çox hallanan AFFA-nın baş katibi Elxan Məmmədovdur.

Dolaşan söhbətlərə inansaq, hətta Federasiya (AFFA) da öz namizədinin keçməsi üçün hərəkətə keçib. 41 yaşlı baş katib Elxan Məmmədovun idman sferasını təmsil etməsi onun Gənclər və İdman naziri postunu tuta biləcəyini aktuallaşdırır. 

Elxan Məmmədov “AVRO-2020” oyunlarının Bakı şəhərində keçirilməsi üçün namizədliyin irəli sürülməsi və prosedur işlərin həyata keçirilməsi prosesinə rəhbərlik edib. Həmçinin 2014-cü ilin sentyabr ayında UEFA tərəfindən AVRO-2020-nin üç qrup mərhələsi və bir dörddəbir final oyununa Bakı şəhərinin ev sahibliyi etmək hüququnun verildiyi elan olunub. Odur ki, Elxan Məmmədov Gənclər və İdman naziri olsa, onsuz da beynəlxalq yarışlara öyrəşmiş Bakıda yeni turnirlərin keçirilməsinə nail ola bilər.

Bu isə pandemiyadan sonra Azərbaycana turist axının bərpası və yeni gəlir mənbəyi deməkdir.

Təbii ki, hər şeyi zaman göstərəcək. İndilikdəsə, Bizim.Media olaraq hörmətli Azad Rəhimova Allahdan rəhmət diləyirik.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin