Direktor dərs saatlarının artırılmasına görə rüşvət alıb? - Rəsmi CAVAB

Hazırda oxunan: Direktor dərs saatlarının artırılmasına görə rüşvət alıb? - Rəsmi CAVAB

213846

Biləsuvar rayonu R.Şirinov adına Təzəkənd kənd tam orta məktəbin direktorunun müəllimlərdən dərs saatlarına görə rüşvət alması barədə sosial şəbəkələrdə məlumat yayılıb. 

Bizim.Media xəbər verir ki, Şirvan-Salyan Regional Təhsil İdarəsi sözügedən iddiaları təkzib edib. 

Qeyd olunub ki, idarə əməkdaşları tərəfindən məktəbdə monitorinq aparılıb, direktordan, direktor müavinlərindən və müəllimlərdən müvafiq izahatlar alınıb. 

Araşdırmanın nəticəsinə əsasən qeyd olunub ki, sözügedən məktəbdə 2024-2025-ci tədris ilində dörd ibtidai sinif komplektində (bir məktəbəhazırlıq qrupu)  mövcud olan dərs saatları 7 nəfər ibtidai sinif müəllimi arasında qiymətləndirmə nəticələrinə uyğun olaraq bölünüb. 
 

“Dərs saatlarından narazılığını ifadə edən ibtidai sinif müəllimi Zəkiyyə Bayramova təhsilverənlərin sertifikatlaşdırma imtahanında mümkün 60 baldan 33 bal toplayıb və 12 saat dərs yükü ilə təmin olunub. Məktəbdə ondan az bal toplamış, lakin daha çox dərs yükü ilə təmin olunmuş ibtidai sinif müəllimi yoxdur.

 
Hazırda Şirvan-Salyan Regional Təhsil İdarəsi tərəfindən təhsil müəssisələrində “Təhsilverənlərin etik davranış Qaydaları”na əməl edilməsi, əmək fəaliyyətində yol verilən nöqsan, hüquq pozulmalarının aşkarlanması, qarşısının alınması və aradan qaldırılması ilə bağlı müvafiq tədbirlərin görülməsi məqsədilə monitorinqlər davam edir”, - açıqlamada vurğulanıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin