Diplom üçün tələbələrdən rüşvət aldığı iddia edilən müəllim QOVULDU

Hazırda oxunan: Diplom üçün tələbələrdən rüşvət aldığı iddia edilən müəllim QOVULDU

213817

Rüşvət aldığı iddia edilən müəllim işdən azad edilib.

Bizim.Media xəbər verir ki, bu barədə bakupost.az-a Gəncə Dövlət Universitetinin (GDU) Mətbuat Xidmətindən məlumat verilib.
 

MÖVZU İLƏ BAĞLI:

İDDİA: Gəncə Dövlət Universitetində diplom almaq üçün tələbələrdən rüşvət tələb edilir? - VİDEO


Bildirilib ki, GDU-nun Tələbələrin Qeydiyyatı və Dövlət Nümunəli Sənədlərlə İş Sektorunun müdiri Qüdrət İlyas oğlu Verdiyev işində verdiyi ciddi nöqsanlara görə 30 sentyabr 2024-cü il tarixdə tutduğu vəzifədən azad olunub.

Xatırladaq ki, ötən gün sosial şəbəkələrdə GDU-da diplom almaq üçün tələbələrdən rüşvət tələb olunduğu iddia edilib və müvafiq videogörüntülər yayılıb.

Qüdrət adlı müəllim diplomları təqdim etmək üçün tələbələrdən 10 manat məbləğində pul istəyib.

Səbəb olaraq isə, rüsum ödənilməsini göstərib. Hətta tələbə iddia edir ki, praktika üçün 250 manat yığılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin