Biləsuvar rayonunda ağır yol qəzası baş verib.
Bizim.Media xəbər verir ki, hadisə Bəhrəmtəpə-Biləsuvar avtomobil yolunun rayonun Səmədabad kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, "VAZ-2107" markalı minik avtomobilinin aşması nəticəsində 1995-ci il təvəllüdlü Kənan İslamov və onun anası, 1974-cü il təvəllüdlü Gülnarə İslamova müxtəlif bədən xəsarətləri alıb. Yaralılar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onlara ilkin tibbi yardım göstərildikdən sonra hər ikisi xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Sabutay, Bizim.Media, Cənub bürosu