Cəbrayıl şəhərinə ikinci köç karvanı oktyabrın 28-də baş tutacaq

Hazırda oxunan: Cəbrayıl şəhərinə ikinci köç karvanı oktyabrın 28-də baş tutacaq

213722

İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, yenidən qurulan Cəbrayıl şəhərinə ikinci köç karvanı oktyabrın 28-də və ya 29-da baş tutacaq. 

Biləsuvar ərazisində yerləşən və əsasən cəbrayıllı vətəndaşlarımızın məskunlaşdığı qaçqın şəhərciyindən təxminən 10 ailənin də  doğma yurda qayıdışı təmin ediləcək.  

Bu barədə Cəbrayıl Rayon İcra Hakimiyyətindən Bizim.Media-nın Cənub bürosuna məlumat verilib. 
 

Qeyd edək ki, bir neçə gün əvvəl respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət ilk köç karvanı Cəbrayıl şəhərinə köçürülüb.


Bunlardan 10 ailə isə məhz qaçqın düşərgəsində uzun illərdir yaşayan sakinlər olub. 

Sabutay, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin