Hüquq-mühafizə orqanları arasında səmərəli əməkdaşlıq mühüm əhəmiyyət daşıyır - Kamran Əliyev

Hazırda oxunan: Hüquq-mühafizə orqanları arasında səmərəli əməkdaşlıq mühüm əhəmiyyət daşıyır - Kamran Əliyev

213720

Beynəlxalq Prokurorlar Assosiasiyasının üzv dövlətlərin hüquq-mühafizə orqanları arasında səmərəli əməkdaşlıq əlaqələrinin qurulması və daha da genişləndirilməsi indiki dövrdə mühüm əhəmiyyət daşıyır.

Bizim.Media xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev Beynəlxalq Prokurorlar Assosiasiyasının 29-cu İllik Konfransı və Ümumi Yığıncağı zamanı açılış nitqində deyib.

O, bu beynəlxalq tədbirin regional təhlükəsizlik və cinayətkarlığa qarşı mübarizədə mühüm əhəmiyyətini qeyd edib:

"Müstəqil dövlətçiliyin bərpasından sonrakı dövrdə prokurorluq orqanlarının ən mühüm cəhəti onun müstəqil dövlət strukturu kimi təşəkkül tapması, eləcə də üzərinə düşən vəzifələrini tam olaraq yeni siyasi plüralizm və bazar iqtisadiyyatı şəraitində, habelə insan hüquq və azadlıqlarına əsaslanan hüquqi dövlət və bilavasitə demokratik cəmiyyətin tələbləri ilə uzlaşdırması olub".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin