Qüdrət Həbibli Macarıstan təəssüratlarından danışdı

Hazırda oxunan: Qüdrət Həbibli Macarıstan təəssüratlarından danışdı

213668

xa0Azərbaycan Dövlət Aqrar Universitetinin tələbəsi Qüdrət Həbibli dəxa0 Macarıstanın Dunayvaroş Universitetindən qayıdıb. O, ADAU-nun Aqrar iqtisadiyyat fakültəsinin dünya iqtisadiyyatı ixtisasının tələbəsidir və 4-cü kursun 1-ci semestrini Dunayvaroş Universitetində biznesin idarə edilməsi üzrə oxuyub. Gəncədəki doğma universiteti ADAU-yaxa0 qayıdan Qüdrət orda gördüklərini bizimlə bölüşdü.

-Qüdrət, necə oldu ki, sən Macarıstanda oxumaq şansı əldə etdin? Yad ölkə, başqa dildə təhsil bunlar çətin deyildi ki?xa0 xa0xa0

- ADAU-da ən yüksək səviyyədə təhsil verilir. Bunun üçün hər şərait yaradılıb. Maddi-texniki baza,xa0 müasir auditoriyalar, müəllim tələbə münasibətləri tədrisin keyfiyyətini artıran səbəblərdəndir.xa0 Təbii ki, bundan yararlanmaq, seçilən ixtisasa tam yiyələnmək artıq tələbənin öz işidir. Mən də yaradılan imkanlardan istifadə etdim və keçirilən müsabiqələrin birindəxa0 Macarıstanın Dunayvaroş Universitetində təhsil almaq hüququ qazandım. Orda təhsil ingilis dilində idi. Mən bu dildə təhsil almağı ona görə çətinliksiz bacardım ki, Aqrar Universitetdə də ingilis dilində təhsil alırdım.

-Aqrar universitetlə Dunayvaroş Universitetinin verdiyi təhsil arasında nə fərq gördün?

xa0-ADAU ilə Dunayvaroş Universiteti arasında müəyyən fərqlər var. Bəzi sahələrdə bizim- ADAU-nunxa0 daha güclü bazaya malik olduğunu da açıq gördüm. Ordaxa0 neçəncixa0 kursun tələbəsi olmaq elə də əhəmiyyət daşımır. Əgər fənnlər uyğun gəlirsə bütün kurslardan olan tələbələr bir yerdə həmin fənni öyrənə bilər. ADAU da isə bildiyiniz kimi hər kursun özünə ayrı dərs keçilir.

- Macarıstanda, təhsil aldığın universitetdə başqa ölkələrdən də tələbə var idimi və onlarla münasibət qururdunmu?

- Dunayvaroş Universitetində çox ölkədən tələbə oxuyurdu. Türkiyədən, Serbiyadan, Ərəb ölkələrindən, Çin və digər ölkələrdən də tələbələr var idi. Onlarla çox yaxşı münasibətim olub. Ölkələrimiz haqqında danışırdıq, bir-birimizi məlumatlandırırdıq. Beləcə başqa dövlətlər haqqında daha çox məlumatlı olurdumxa0 ki, bu da dünyaya baxışımı təzələyirdi.xa0 Son olaraq demək istərdim ki, dünya sisteminə uyğunxa0 təhsil almaq həm də zamanın tələbidir vəxa0 çoxxa0 və gərəklidir. Bu sahədə biz tələbələrin yolunu açanlar,xa0 qayğı göstərənlərxa0 xa0Azərbaycan təhsilini daha yükksək pillədə görmək istəyənlərdir. Onlaraın hər birinə təşəkkür edirəm.

Qalib Rəhimli, ADAU-nun mətbuat xidmətinin rəhbəri.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin