Dövlət sərhədini pozmağa cəhd göstərən 22 nəfər SAXLANILDI - FOTO

Hazırda oxunan: Dövlət sərhədini pozmağa cəhd göstərən 22 nəfər SAXLANILDI - FOTO

213570

Dövlət sərhədinin təhlükəsizliyinin təmin edilməsi, qeyri-leqal miqrasiyaya qarşı mübarizə sahəsində davam edən sərhəd mühafizə və əməliyyat-axtarış tədbirləri nəticəsində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Şəmkir”, “Xudat” və “Zaqatala” sərhəd dəstələrinin xidməti ərazisində dövlət sərhədini pozmağa cəhd göstərən 22 nəfər sərhəd pozucusu sərhədçilərin sayıqlığı nəticəsində saxlanılıb.

Bu barədə Bizim.Media-ya Dövlət Sərhəd Xidməti Mətbuat Mərkəzindən məlumat verilib.

Bildirilib ki, sentyabrın 24-də saat 09:30-da “Şəmkir” sərhəd dəstəsinin xidməti ərazisində Azərbaycan Respublikasından Gürcüstan istiqamətində 1 nəfər Əlcəzair Xalq Demokratik Respublikası vətəndaşı – 2002-ci il təvəllüdlü Abdulkader Ben Bahi, sentyabr ayının 26-da saat 20:40-da “Xudat” sərhəd dəstəsinin xidməti ərazisində Azərbaycan Respublikasından Rusiya Federasiyası istiqamətində isə 2 nəfər Əlcəzair Xalq Demokratik Respublikası vətəndaşı – 1998-ci il təvəllüdlü Sarra Benuoali və 1995-ci il təvəllüdlü Rabi Seif Elnaser dövlət sərhədini pozmağa cəhd göstərərkən saxlanılıb.

“Zaqatala” sərhəd dəstəsinin xidməti ərazisində sentyabrın 26-da saat 20:50-də 6 nəfər – 1992-ci il təvəllüdlü Hussain Sayed Shahid, 2005-ci il təvəllüdlü Abbas Sayed Haider, 2006-cı il təvəllüdlü Ullah Mohib, 2009-cu il təvəllüdlü Sarwar Nadeem, 2003-cü il təvəllüdlü Ahmad Naseer və 1997-ci il təvəllüdlü Sohaib Muhammad, sentyabrın 27-də saat 22:15-də 12 nəfər – 1990-cı il təvəllüdlü Virk Asif Ali, 1978-ci il təvəllüdlü Shazia, 1988-ci il təvəllüdlü Raza Ali, 2000-ci il təvəllüdlü Elahi Fazal, 1995-ci il təvəllüdlü Haq Zamam Ul, 2002-ci il təvəllüdlü Virk Abdul Haseeb, 2004-cü il təvəllüdlü Muhammad Awon, 2000-ci il təvəllüdlü Abbas Muhammad Zahid, 2005-ci il təvəllüdlü Ullah Muhammad Sami, 2000-ci il təvəllüdlü Hamza Ameer, 2001-ci il təvəllüdlü Ali Zain və 1995-ci il təvəllüdlü Ahmad Jameel, saat 23:10-da isə 1 nəfər – 1989-cu il təvəllüdlü Shahzad Khurram ümumilikdə 19 nəfər Pakistan İslam Respublikası vətəndaşının Azərbaycan Respublikasından Gürcüstan istiqamətində dövlət sərhədini pozma cəhdlərinin qarşısı sərhədçilər tərəfindən uğurla alınıb.

Araşdırma tədbirləri nəticəsində saxlanılan şəxslərin ölkə ərazisinə rəsmi qaydada gəldikləri, dövlət sərhədini pozaraq qeyri-qanuni yollarla Avropa ölkələrindən birinə miqrasiya etmək niyyətində olduqları müəyyən edilib.

Faktlar üzrə qeyri-leqal miqrasiya kanalının aşkarlanması istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.







Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin