Suriyadan daha 6 vətəndaşımız ölkəyə GƏTİRİLDİ

Hazırda oxunan: Suriyadan daha 6 vətəndaşımız ölkəyə GƏTİRİLDİ

213549

Sentyabrın 18-i Suriyadakı düşərgələrdə saxlanılan 4-ü uşaq, 1-i kişi, 1-i isə qadın olmaqla 6 nəfər Azərbaycan vətəndaşı ölkəyə gətirilib. 

Bizim.Media xəbər verir ki, bu barədə Ombudsman Aparatı məlumat yayıb. 

Bildirilib ki, İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsmanın) nümayəndələri həmin repatriantlarla görüşərək hüquqlarının təmini vəziyyətini araşdırıblar. 

Repatriantlarla görüş zamanı onların ümumi vəziyyəti qiymətləndirilib, problemləri və ehtiyacları öyrənilib, hüquqlarının müdafiəsi ilə bağlı tövsiyələr verilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin