Yanacaqdoldurma məntəqəsinin önündə QƏTL: Bakıdakı dəhşətli cinayətin detalları - VİDEO

Hazırda oxunan: Yanacaqdoldurma məntəqəsinin önündə QƏTL: Bakıdakı dəhşətli cinayətin detalları - VİDEO

213492

2023-cü il yanvarın 4-də axşam saatlarında Beyləqan sakini 29 yaşlı Qənbər Qənbərov Ziya Bünyadov prospekti ilə Böyük İpək Yolu küçəsinin kəsişməsində yerləşən yanacaqdoldurma məntəqəsinin qarşısında bıçaqlanıb.

Bizim.Media xəbər verir ki, yanvarın 6-da səhər saatlarında o, yerləşdirildiyi klinikada dünyasını dəyişib.

Hadisə ilə bağlı Nərimanov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanılıb. Ekspertizanın rəyinə görə, Qənbər Qənbərovun ölümünə kəskin qanitirmə ilə müşayiət olunan şok səbəb olub.

İstintaqla müəyyən edilib ki, yanvarın 4-də saat 22:15-də 27 yaşlı Sənan Hacıyev dostları - 33 yaşlı Elvin Sadıqov və 31 yaşlı Məqsud Həsənovla birlikdə VAZ-2107 avtomobili ilə Ziya Bünyadov prospekti ilə hərəkətdə olarkən qarşısında gedən "Toyota Prius" qəza şəraiti yaradıb.

Bu zaman arxadan gələn "Opel Astra" avtomobilini idarə edən Əfrail Qənbərov qəzanın qarşısını almaqdan ötrü onun sağ tərəfindən keçib. Bundan əsəbiləşən Sənan Hacıyev iradını bildirmək üçün maşını sürətlə idarə edərək Əfrail Qənbərova avtomobilini saxlamasını işarə edib. Sənan Hacıyev və dostları Ziya Bünyadov prospekti ilə Böyük İpək Yolu küçəsinin kəsişməsində dayanaraq Əfrail Qənbərov və onun yanında olan qardaşı ilə mübahisə ediblər. Qısa müddətdə mübahisə əlbəyaxa davaya çevrilib. Bu zaman Qənbər Sənanı söyüb, dizi ilə üzünə zərbə vurub.

O isə qəzəblənərək gödəkçəsinin cibində saxladığı bıçağı çıxararaq onun döş qəfəsinə vurub.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Sənan Hacıyev 17 il, Elvin Sadıqov 3 il 6 ay, Məqsud Həsənov 1 il 6 ay müddətinə azadlıqdan məhrum olunublar.

Daha ətraflı Baku TV-nin süjetində:



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin