Xankəndi 4 nömrəli tam orta məktəbdə Anım Günü qeyd olunub - FOTO

Hazırda oxunan: Xankəndi 4 nömrəli tam orta məktəbdə Anım Günü qeyd olunub - FOTO

213463

Xankəndi şəhər Nizami Gəncəvi adına 4 nömrəli tam orta məktəbdə 27 Sentyabr - Anım Günü qeyd olunub.

Bizim.Media-nın Qarabağ bürosu xəbər verir ki, tədbirdə məktəbin pedaqoji kollektivi ilə yanaşı, şəhid ailəsi üzvləri də iştirak ediblər.

İlk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərimiz xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Daha sonra çıxış edən məktəbin direktoru Cəmilə Əhmədova Prezident İlham Əliyevin 27 Sentyabr Anım Günü ilə bağlı sərəncamının böyük əhəmiyyətindən danışıb. O, deyib ki, Azərbaycanın Silahlı Qüvvələrində aparılan islahatlar, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ordu quruculuğundakı davamlı fəaliyyəti nəticəsində Ermənistanın işğalçılıq siyasətinə son qoyuldu: “Vətən müharibəsində qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu”.

Digər çıxış edənlər Vətən müharibəsində qəhrəman hərbçilərimizin şücaətindən, Azərbaycanın şanlı qələbəsindən danışıblar.

Onlar bildirib ki, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə rəşadət göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endiriblər.

Tədbir məktəblilərin vətənpərvərlik ruhunda söylədikləri şeir və musiqi ilə başa çatıb.











Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin