Etibar Məmmədovdan 27 sentyabr tarixinin əhəmiyyəti ilə bağlı AÇIQLAMA

Hazırda oxunan: Etibar Məmmədovdan 27 sentyabr tarixinin əhəmiyyəti ilə bağlı AÇIQLAMA

213442

Sentyabrın 27-si Azərbaycanda Anım Günüdür. 2020-ci ilin məhz bu günündə Azərbaycan Ordusu işğal olunmuş torpaqlarımızı azad etmək üçün təcavüzkar Ermənistana qarşı müharibəyə başladı. 

Artıq üç ildir ki, bu gün Azərbaycanda Vətənin suverenliyi uğrunda mübarizədə canlarından keçən igidlərimiz yad edilir.

Məhz 44 gün davam edən müharibə nəticəsində düşməni darmadağın edərək, torpaqlarımızın azad edilməsinə nail olduq. 

AMİP lideri Etibar Məmmədov Bizim.Media-ya açıqlamasında bildirib ki, 27 sentyabr ölkəmizin tarixinə qızıl hərflərlə yazılıb:
 

MÖVZU İLƏ BAĞLI:

Gürcü politoloq: “44 günlük müharibənin başlama vaxtı çox dəqiqliklə seçilmişdi”


“Bu gün Azərbaycan torpaqlarının düşmən tapdağından azad edilməsinin başlandığı gündür. Həmin dövrdə millətimiz ayağa qalxaraq, bir yumruq altında birləşib, düşməni torpaqlarımızdan qovdu. 44 günlük müharibədə 3 mindən çox şəhid verdik. Xalqımızı bu Anım Günündə millətimizə və dövlətimizə sadiq olmağa çağırıram”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin