Bakı Ağır Cinayətlər Məhkəməsində dostunu öldürməyə cəhddə təqsirləndirilən Aqşin Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Bizim.Media xəbər verir ki, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, A. Məmmədov 7 il 10 ay 15 gün müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə ötən il oktyabrın 30-da, saat 20 radələrində Suraxanı rayonu Hövsan qəsəbəsində qeydə alınıb.1988-ci il təvəllüdlü Qasımov Kamil Bəhram oğluna çoxsaylı bıçaq xəsarətlərinin yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Dərhal prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib. Aparılmış araşdırmalarla zərərçəkmişin qonşusu və dostu olan 1988-ci il təvəllüdlü Məmmədov Aqşin Rafael oğlunun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirməklə Kamil Qasımovu qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.
Aqşin Məmmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub. A. Məmmədov ilkin ifadəsində arvadının dostu ilə münasibətinin olmasından şübhələnərək onu bıçaqladığını bildirib. (Apa)
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
09:53 / 17.05.2021
Bakıda dostunu öldürməyə cəhd edən şəxs 7 il həbsdə qalacaq
Hazırda oxunan: Bakıda dostunu öldürməyə cəhd edən şəxs 7 il həbsdə qalacaq
Hazırda oxunan: Bakıda dostunu öldürməyə cəhd edən şəxs 7 il həbsdə qalacaq
21341
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.