Gündüz saatlarında Qusar şəhərində yerləşən 5 mərtəbəli yataqxanada baş verən yanğında tüstüdən zəhərlənən 6 nəfər ilkin tibbi yardımdan sonra evə buraxılıb.
Bu barədə Qusar rayon mərkəzi xəstəxanasından Bizim.Media-nın yerli bürosuna məlumat verilib.
MÖVZU İLƏ BAĞLI:
Qusarda yataqxanada YANĞIN: 2 nəfər tüstüdən zəhərləndi
Məlumata görə, 5 mərtəbəli binada yanğın 3-cü mərtəbədən başlayıb. Yanğının qaz balonunun partlamasından baş verdiyi deyilir.
Alov FHN-nin Qusar Dövlət Yanğından Mühafizə Hisssəsinin yanğınsöndürən briqadası tərəfindən dərhal söndürülüb.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu