“Reproduktiv sağlamlıq haqqında qanun layihəsi 2009-cu ildə Milli Məclisə təqdim olundu. Ondan sonra müzakirə olundu və qırağa atıldı. 2020-ci illərdən başlayaraq sözügedən qanun layihəsi üzərində iş başlanıldı. Hazırda hazır variantı əlimizdə var”.
Bizim.Media xəbər verir ki, bunu səhiyyə nazirinin müavini Nadir Zeynalov “Ailə - dəyişməyən dəyərimiz” mövzusunda keçirilən Gənc Ailə Forumunda "Reproduktiv sağlamlıq haqqında" qanun layihəsinin gec qəbul olunmasına dair suala cavabında deyib.
MÖVZU İLƏ BAĞLI:
Nazir müavini: “Ünvanlı sosial yardım proqramının elekronlaşması ilə bağlı narazılıqlar müəyyən çətinliklər yaradır”
O, qanun layihəsinin gec qəbul olunma səbəblərindən bəhs edib:
"Reproduktiv sağlamlıq haqqında qanunun müzakirəsinin uzun müddət almasının əsas səbəbi odur ki, bununla bağlı yeniliklərə cəmiyyətimiz o qədər də hazır deyil. Burada süni mayalanma, sperma donurluq və bu kimi məsələlərdən söhbət gedir ki, bunlar da cəmiyyətdə çoxlu suallar doğurur, müəyyən müqavimətə səbəb olurdu.
Lakin 2009-cu ildən bəri cəmiyyət böyük inkişaf yolu keçib. Hesab edirəm ki, artıq Milli Məclis üzvləri bu qanun layihəsinə baxıb, qəbul edəcəklər".
Günay Şahmar, Bizim.Media