Səhərin erkən saatlarından Şimal-Qərb bölgəsində havanın temperaturu xeyli aşağı düşüb.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, bölgədə payızın ilk narın yağışı yağmağa başlayıb.
Hazırda bölgə rayonlarında fasilələrlə yağış yağır. Temperatur ötən günə nisbətən 8-10 dərəcə aşağı enib. Dağlıq ərazilərdə isə bu göstərici 12 dərəcə təşkil edir.
Mütəxəssislər bildirirlər ki, bir aydan çox idi ki, rayonlarda yağış yağmırdı. Bu isə su ehtiyatlarına ciddi təsir göstərmişdi. Bu yağışlar payızın ilk müjdəçisi olmaqla yanaşı həm də dağlıq ərazilərdə su ehtiyatlarının artmasına zəmin yaradacaq.
Belə hava şəraitinin növbəti günlərdə də davam edəcəyi gözlənilir.
Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu