Ağstafa rayonunun Köçəsgər kəndində törədilən qətlin bəzi təfərrüatları məlum olub.
Bizim.Media-nın verdiyi məlumata görə, 62 yaşlı Hüseynova Çiçək Əli qızı 30 ildən çoxdur, tək yaşayıb. Hadisə yerinə baxış keçirilib və onun boğularaq qətlə yetirildiyi ehtimal edilir.
Qonşularının dediyinə görə, qadının üzərindəki qızıl-zinət əşyaları götürülüb. Cinayətin oğurluq məqsədi ilə törədildiyi şübhə doğursa da, hadisənin başvermə səbəbləri, cinayətin kim və ya kimlər tərəfindən törədildiyinin müəyyənləşdirilməsi istiqamətində hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən araşdırma aparılır.
Qeyd edək ki, onun meyiti qonşular tərəfindən aşkarlanıb.
***
Ağstafa rayonunda evdən meyit aşkarlanıb.
Bizim.Media-nın məlumatına görə, hadisə rayonun Köçəsgər kəndində qeydə alınıb.Kənd sakini 1959-cu il təvəllüdlü Ələkbərova Çiçək Əli qızının meyiti qonşular tərəfindən yaşadığı evdə tapılıb.
MÖVZU İLƏ BAĞLI:
Göygöldə çaydan qadın meyiti tapıldı
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və təcili tibbi yardım briqadası cəlb olunub. Qadının meyiti müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Ağstafa rayon şöbəsinə aparılıb.
Ç.Hüseynova qətlə yetiriləndən sonra evindən qızıl-zinət əşyaları oğurlanıb.
Onun tək yaşadığı bildirilib. İlkin məlumata görə, 62 yaşlı qadın əri tərəfindən öldürülüb. Ç.Hüseynovanın naməlum şəraitdə boğularaq qətlə yetirildiyi açıqlanıb.
Kənd sakinlərinin sözlərinə görə, qadın 32 ildir ailəli olsa da, övladı olmayıb. Hazırda Cinayəti törədən şəxsin və şəxslərin axtarışları istiqamətində əməliyyat axtarışlarına başlanılıb.
Faktla bağlı araşdırma aparılır.(apa.az)
Bizim.Media