Əkizlərdən birində problem olanda, digəri də HİSS EDİR?

Hazırda oxunan: Əkizlərdən birində problem olanda, digəri də HİSS EDİR?

213103

Əkizlərin ən böyük fərqi dünyaya cüt gəlməkləridir. Onlar həm eyni, həm də fərqli yumurta əkizi ola bilərlər. Əkizlər haqqında maraqlı faktlar və fikirlər mövcuddur. Bəziləri onlar arasında xüsusi bir telepatiyanın olduğunu hesab edir. 

Yaxşı, bəs orqanizm cəhətdən necə? Onlar eyni xəstəliyə, narahatlığa sahib ola bilərlərmi?
 

MÖVZU İLƏ BAĞLI:

Bu il Azərbaycanda 1390 əkiz, 51 üçəm, 4 dördəm doğulub


Əkiz oğul anası Günel Mirzəyeva Bizim.Media-ya əkizləri arasındakı fərq və oxşarlıqlarından danışıb.

“Əkizlərim arasında məni ən təəcübləndirən hal qan qruplarının ayrı olmasıdır.

Hər ikisinin də anadangəlmə nevroloji problemləri və ayaqlarında  narahatlıqları var idi. Ancaq sonradan bu, müalicəylə həll oldu. 

Daha sonra suçiçəyini biri daha ağır, digəri isə yüngül formada keçirdi.  Ancaq qızdırmaları olduqda adətən hər ikisində də olur və yaxud birinin öskürəyi, digərinin isə qripi daha gec sağalır. Yəni həm fərqli, həm də müxtəlif cəhətləri var. Düzdür, xarakterik cəhətdən  bir-birlərinə çox bağlıdırlar. Məsələn, evdə başqa bacı-qardaşları olsa da, yatmağa getdikləri vaxt ancaq bir-birlərini çağırırlar. Buna görə də çox vaxt yatmaq və oyanmaq saatları da eyni olur”.   

Professor, tibb məsələləri üzrə ekspert  Adil Qeybulla deyir ki, əkizlər bir-birlərinə bioloji cəhətdən yaxındırlar:

“Əkizlərin birinin orqanizmində problem olarsa, bu “digərinə də mənfi təsir edər” fikri əsassızdır. Ancaq onların ikisində də, xüsusilə, eyni yumurta əkizlərində  eyni xəstəliklərin olma ehtimalı var. Bu əslində onların həyat tərzlərindən də asılıdır. Yəni, biri ola bilər ki, həyat tərzinə görə xəstəliyə tutulsun və ya daha sağlam yaşasın”.  

Nəzrin Mirzəyeva, Bizim.Media 

                                                                                                   
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin