Azərbaycanda “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya” qəbul olunacaq

Hazırda oxunan: Azərbaycanda “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya” qəbul olunacaq

212980

Azərbaycanda “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”nın qəbul olunacaq.

Bizim.Media xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Nazirlər Kabinetində keçirilən 2025-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri ilə bağlı müzakirələrdə deyib.

“Yaxın günlərdə qəbul olunacağı gözlənilən “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya” 2024−2040-cı illəri əhatə etməklə ölkədə su ehtiyatlarının səmərəli istifadəsi, idarə edilməsi və çirklənməsinin qarşısının alınması, dəniz suyunun duzsuzlaşdırılması, suvarma sistemlərinin modernləşdirilməsi, habelə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının su ehtiyatlarından istifadə sahəsində tədbirləri nəzərdə tutur”, - deyə Baş nazir bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin