Paytaxtın bu küçəsində çirkli sular 10 gündən çoxdur ki avtomobil yoluna axır – ŞİKAYƏT/VİDEO

Hazırda oxunan: Paytaxtın bu küçəsində çirkli sular 10 gündən çoxdur ki avtomobil yoluna axır – ŞİKAYƏT/VİDEO

212863

Kanalizasiya suları 10 gündən çoxdur küçəyə axır...

Bizim.Media xəbər verir ki, görüntülər Nizami rayonundan, Mehdi Abbasov və Rüstəm Rüstəmov küçələrinin kəsişməsindəndir.

Sakinlərin sözlərinə görə, kanalizasiya borusunda yaranan problem səbəbilə çirkli su daşaraq avtomobil oluna tökülür. Ətrtafı isə üfunət bürüyüb.

Onlar deyirlər ki, ərazidə 10 gündür iş görülməsinə baxmayaraq, proses ləng gedir. Aidiyyəti qurumun əməkdaşları günlərdir işləyir, lakin hələ nəticə yoxdur.

Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı xidməti ilə əlaqə saxladıq.

Qurumdan "Xəzər Xəbər"ə bildirildi ki, Nizami rayonundakı həmin qəza yerində hazırda təmir və bərpa işləri həyata keçirilir. Kanalizasiya borusu binaya olduqca yaxın məsafədən keçdiyinə görə təmir işlərini mürəkkəbləşdirib. Hazırda xətt binadan kənar məsafədə çəkilir. İşlər yaxın günlərdə yekunlaşdırılacaq.

Mövzu ilə bağlı daha ətraflı Xezerxeber.az-ın videomaterialında:



Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin